Bankların cəmi kredit portfeli cüzi artıb, biznes kreditləri portfeli kiçilib

Bankların cəmi kredit portfeli cüzi artıb, biznes kreditləri portfeli kiçilibAzərbaycan Mərkəzi Bankı 2025-ci ilin yanvar ayı üzrə bank sektoru üzrə statistikaları açıqlayıb.
Marja.az Mərkəzi Bankın Statistik bülleteninə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar ayında bankların kredit portfeli 0.1% və ya 37 milyon manat artaraq 27 milyard 514.7 milyon manat olmuşdur.
Bankların cəmi kredit portfeli cüzi artıb, biznes kreditləri portfeli kiçilibArtımın cüzi olması yanvarda bankların cəmi biznes kreditləri portfelinin kiçilməsilə əlaqədardır. Yanvarda bankların biznes kreditləri portfelindəki azalma istehlak və ipoteka kreditləri portfelindəki artımlaın böyük hissəsini silib. Belə ki, bankların cəmi istehlak kreditləri portfeli 106,7 milyon manat, ipoteka kreditləri portfeli 7,6 milyon manat artarkən, cəmi biznes kreditləri portfeli 77,3 milyon manat azalıb. Beləliklə, istehlak və ipoteka portfelindəki cəmi 114,3 milyon manatlıq artımın 77,3 milyon manatı silindiyindən, bank sektorunun cəmi kredit portfeli cəmi 37 milyon manat artıb.
31 Yanvar 2025-ci il tarixində bankların cəmi kredit portfelinin strukturu:
1) biznes kreditləri – 53.5% (14 milyard 709.9 milyon manat);
2) istehlak kreditləri – 31.1% (8 milyard 551.7 milyon manat) 
3) ipoteka kreditləri – 15.4% (4 milyard 253.1 milyon manat).
2024-cü ilin Yanvar ayında bankların kredit portfeli 1.7% və ya 383.4 milyon manat artmışdı. 
2024-cü ilin Dekabr ayında isə bankların kredit portfeli 0.4% və ya 109.5 milyon manat artaraq 27 milyard 477.7 milyon manata, o cümlədən biznes kreditləri 14 milyard 787.2 milyon manata, istehlak kreditləri 8 milyard 445 milyon manata, ipoteka kreditləri isə 4 milyard 245.5 milyon manata çatmışdı. 
BANK SEKTORU CÜZİ BÖYÜYÜB
Qeyd edək ki, 2025-ci ilin yanvar ayının sonunda fəaliyyətdə olan bankların cəmi aktivləri 53 milyard 90.7 milyon manat, cəmi öhdəlikləri 46 milyard 402.3 milyon manat, balans kapitalı 6 milyard 688.4 milyon manat olmuşdur. Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixində fəaliyyətdə olan bankların cəmi aktivləri 53 milyard 1.4 milyon manat, cəmi öhdəlikləri 46 milyard 383 milyon manat, balans kapitalı 6 milyard 618.4 milyon manat olmuşdu.

Banklar     Tarix: 25 fevral 2025

Oxşar xəbərlər

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır


iqtisadi xeberler en son xeberler birbank online pul qazanmaq bitkoin