Bankların depozit portfeli üzrə RENKİNQİ: həcm, dinamika və bazar payı (01.07.2026)
Azərbaycanda fəaliyyət göstərən bankların depozit portfelinin həcmi 2026-cı il iyulun 1-nə 39 milyard 743,2 milyon manata çatıb. Bu, ilin əvvəli ilə müqayisədə 4,4% və ya 1 milyard 656,9 milyon manat artım deməkdir.
Banker.az-ın tərtib etdiyi renkinqə görə, depozit portfelinin həcminə görə ilk sırada Kapital Bank qərarlaşıb. Bankın depozit portfeli 9 milyard 951,2 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 20,1% artım deməkdir.
İkinci yerdə ABB 9 milyard 257,1 milyon manat depozit portfeli ilə yer alıb. Bankın depozitləri hesabat dövründə 4,1% artıb. İlk üçlüyü isə PAŞA Bank tamamlayıb. Bankın depozit portfeli 7 milyard 216,2 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 4,4% azalıb.
İlk üç bankın ümumi depozit portfeli 26 milyard 424,5 milyon manat təşkil edib. Bu, bank sektorunun ümumi depozit portfelinin 66,5%-nə bərabərdir. İlin əvvəlində ilk üçlüyün bazar payı 64,8% olub. Beləliklə, onların bazar payı 1,7 faiz bəndi artıb.
İlin əvvəlindən depozit portfelini ən yüksək templə artıran bank AFB Bank olub. Bankın depozit portfeli 51,2% artıb. Sonrakı yerlərdə Ziraat Bank Azərbaycan (26,9%), Bank of Baku (28,2%), Kapital Bank (20,1%) və Bank VTB Azərbaycan (19,6%) qərarlaşıb.

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Fond birjası nədir?
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İnstaqramda biznes qurmağın yolları