Bankların kredit portfeli cüzi artıb
2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin yanvar ayında bankların kredit portfeli 0.4% və ya 75.2 milyon manat artaraq 19 milyard 669.6 milyon manata çatıb.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, kredit portfelinin strukturu aşağıdakı şəkildədir
- biznes kreditləri – 55.2% (10 milyard 845.6 milyon manat),
- istehlak kreditləri – 29.5% (5 milyard 811.9 milyon manat),
- ipoteka kreditləri – 15.3% (3 milyard 12.2 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.2 faiz bəndi azalaraq 2.9% təşkil etmişdir. / marja.az
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki