Bankların müddətli manat depozitlərinin SİYAHISI: 6 aydan 36 ayadək olan göstəricilər
Banker.az oxucuların istəklərini nəzərə alaraq bankların 6 ay, 9 ay, 12 ay, 18 ay, 24 ay və 36 ay müddətinə müddətli manat depozitlərini (əmanət) araşdırıb.
Kredit.banker.az platfomrasının 2024-cü ilin mart ayına olan göstəricilərinə əsasən üç bank 36 ay müddətində depozitlər qoyulduğu halda onlara 11.50% illik gəlirlilik təklif edir. Bunlar "AFB Bank", "Expressbank" və "Bank of Baku"dur.
Qeyd edək ki, 1 yanvar 2024-cü ildən iki halda vətəndaşlar gəlir vergisi ödəmir. Birincisi, əgər vətəndaşın əmanət üzrə milli valyutada hesablanan aylıq gəliri 200 manata qədərdirsə, o halda vəsait gəlir vergisindən tamamilə azad ediləcək. Əgər 200 manatdan çoxdursa, bu məbləğədək olan hissəsi gəlir vergisindən azad olunur.
Məsələn, əgər vətəndaş 10 faizlə 24 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 2 400 manat, aylıq gəliri isə aylıq gəliri isə 200 manatdır. Yəni, bu o deməkdir ki, bu halda vətəndaşın əmanət gəliri tamamilə vergidən azad edilir. Amma əgər vətəndaş 10 faiz ilə 30 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 3 min manatdır və bu məbləğdən 2400 manat çıxılır, qalan hissə 10 faiz gəlir vergisinə cəlb edilir. Bu halda vətəndaşın ödədiyi cəmi vergi 60 manat olur.


"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
"Freelance" nədir?
Biznes təlimlər və tədris üsulları
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
SMM nə deməkdir?
Shopify-da necə satışa başlamaq olar?