Bankların problemli kreditləri Mərkəzi Bankın açıqladığı rəqəmdən niyə 2 dəfə çoxdur?
Azərbaycandakı 22 bankdan 21-nin bu il oktyabrın 1-nə açıqladığı kredit riski hesabatlarına əsasən, ölkədə vaxtı keçmiş kreditlərin ümumi məbləği azı 962 milyon manatdır.
Halbuki, Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın sonuna ölkədə 480 milyon manat vaxtı keçmiş kredit olduğunu açıqlayıb.
Yaranmış 2 dəfə fərqin səbəblərinə aydınlıq gətirmək üçün tənzimləyici quruma müraciət edilib.
AMB-dən verilən açıqlamada bildirilib:
"Bu yanaşma fərqindən irəli gəlir. Belə ki, AMB-nin statistik bülletenində Beynəxalq Valyuta Fondunun istifadə etdiyi yanaşma əsas götürülür və açıqlanan rəqəmlər kreditin əsas borcu üzrə 30 gündən çox gecikən hissəsini əhatə edir. Banklar isə bank nəzarəti üzrə beynəlxalq təcrübədə istifadə olunan prudensial yanaşmaya əsasən açıqlanan vaxtı keçmiş kreditlərin (30+ gün) məbləğində kreditin əsas borc üzrə qalığını tam olaraq göstərir. Əlavə olaraq bildiririk ki, AMB aylıq əsasda prudensial yanaşmaya uyğun olaraq qeyri-işlək kreditlərin (90 gündən çox gecikən) məbləğini də internet səhifəsində açıqlayır. Bu göstərici 30.09.2024-cü il tarixinə 707,3 milyon manat təşkil edib".
© "Report"

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA
Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib
Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb
Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?
Bitkoin bahalaşıb - SON QİYMƏT
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bitcoin necə işləyir?
Mcdonalds françayzinqi neçiyədir?
Biznes nədir?
Dünyanın ən varlı 10 müğənnisi
SMM nədir?