Bazara "Alfa", "Beta" və "Qamma" adlı tibbi sığorta məhsulları təqdim edildi
"PAŞA Sığorta" "Kompakt" könüllü sağlamlıq sığortası məhsulunu təqdim edib
Şirkətin məlumatında bildirilir ki, fərdi şəxslər üçün nəzərdə tutulan yeni tibbi sığorta məhsulu "Alfa", "Beta" və "Qamma" adlı 3 paketdən ibarətdir. Müştərilər "Alfa" paketi üzrə illik 100 AZN sığorta haqqı ödəməklə 1000 AZN, "Beta" paketi üzrə 200 AZN sığorta haqqı ödəməklə 2000 AZN, "Qamma" paketi üzrə isə 300 AZN sığorta haqqı ödəməklə 3000 AZN tibbi sığorta təminatı əldə edə bilərlər.
Tibbi sığorta məhsulunu əldə edən müştərilər təcili tibbi yardım, təcili tibbi daşınma və evakuasiya, təcili vaksinasiya, təcili və planlı stomatoloji yardım, stasionar və ambulator-poliklinik müalicə, stasionar müalicə zamanı dərman vasitələri ilə təminat və bu kimi digər tibbi xidmətlərdən faydalana biləcək.
Hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 00-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. / marja.az

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Dünyanın ən bahalı restoranları
Milyonlar qazandıran qəribə biznes ideyaları
Kriptovalyuta nədir və necə alınır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?