"Best Managed Companies Azerbaijan 2024" müsabiqəsi çərçivəsində ilk işgüzar görüş keçirilib

®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank"ın və "Deloitte Azərbaycan"ın tərəfdaşlığı ilə həyata keçirilən "Best Managed Companies Azerbaijan 2024" layihəsi çərçivəsində ilk işgüzar görüş baş tutub. Tədbirdə münsiflər heyətinin üzvləri, müsabiqədə ötən il qalib gələn şirkətlərin və bu ildə iştirak üçün artıq müraciət edən şirkətlərin təmsilçiləri iştirak edib.
Qeyri-rəsmi mühitdə keçirilən görüşdə "Best Managed Companies Azerbaijan 2024" müsabiqəsinin əsas fəlsəfəsi və hədəfləri, qalib seçilmək üçün tələb olunan əsas meyalar və qiymətləndirmə zamanı münsiflər heyəti tərəfindən əsas diqqət yetirilən kriteriyalar ətraflı müzakirə olunub. Həmçinin, ötən il qaliblər siyahısında yer alan AVRORA Qrup, METAK, NORM Sement, Veyseloğlu Şirkətlər Qrupunun rəhbər nümayəndələri müsabiqədə iştirak təcrübəsi və faydaları haqqında çıxış edərək, bu ilki nəmizəd şirkətlərin təmsilçiləri ilə fikir mübadiləsi aparıb və onlara dəyərli məsləhətlər veriblər.
Tədbirdə "PAŞA Bank"ın İdarə heyətinin sədri Cavid Quliyev qeyd edib ki, "Best Managed Companies Azerbaijan" layihəsi iqtisadiyyatın real sektorunu təmsil edən qabaqcıl yerli şirkətlərin nailiyyətlərini həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda tanıtmaq üçün unikal bir platformadır.
"İqtisadiyyatın real sektoruna dəstək verən "PAŞA Bank" bu layihədə artıq 3 ildir ki, əsas tərəfdaş qismində çıxış edir. Çox sevindirici haldır ki, hər yeni mövsümdə "Best Managed Companies Azerbaijan" müsabiqəsinə bizneslərin daha da artan marağının şahidi oluruq. Əminliklə deyə bilərəm ki, bu müsabiqə Azərbaycanın biznes icması üçün həm bilik və təcrübəni paylaşmaq, həm də beynəlxalq biznes mühitinə inteqrasiya olmaq üçün geniş imkanlar yaradır. "Best Managed Companies Azerbaijan" bazarda aktiv fəaliyyət göstərən şirkətlərin rəqabətə davamlılığının gücləndirilməsi, insan resurslarının idarə edilməsi, korporativ idarəetmə proseslərinin və başqa sahələrin təkmilləşdirilməsinə dəstək olacaq, bu isə öz növbəsində ölkə iqtisadiyyatının real sektorunun inkişafına töhfə verəcək", – deyə, C. Quliyev vurğulayıb.
"Best Managed Companies" layihəsi, "Deloitte" şirkətinin istənilən miqyasda özəl şirkətlər üçün xidmət göstərən xüsusi bölməsi olan "Deloitte Private" tərəfindən təqdim edilmiş ən qabaqcıl proqramdır. Proqramın Azərbaycanda sponsoru "Deloitte Private", "PAŞA Bank", tərəfdaşları Sahibkarlığın İnkişafı Fondu, ADA Universiteti, AMCHAM Azerbaijan və İctimai Televiziyadır.
"Deloitte Azərbaycan"ın İdarəedici Partnyoru Nuran Kərimov bildirdi ki, "30 il ərzində 46 ölkədə uğurla tanınan "Best Managed Companies" müsabiqəsinin özəlliyi yalnız rəhbər şəxsləri deyil, şirkətin fəaliyyətinə bütövlüklə yanaşaraq qiymətləndirmək və şirkətin uğurunu mükafatlandırmaqdır. Azərbaycanda bu müsabiqənin artıq üçüncü ilinə başlayırıq və daha çox sayda şirkətlərin bu layihədə iştirak etmək istəklərini müşahidə edirik. Buna səbəb bu biznes müsabiqəsində iştirak edən özəl şirkətlər üçün bir çox imkanlar və üstünlüklərin yaradılmasıdır. Bu layihə çərçivəsində Deloitte mütəxəssisləri iştirakçı şirkətlərin idarəetməsini dəyərləndirib onlarla aparıcı beynəlxalq praktikanı paylaşır və praktiki tövsiyələr verirlər. Bu mükafat özəl şirkətlər üçün təşkilati nailiyyətin və uğurlu biznes fəaliyyətinin  simvoludur".
Aparıcı şirkətlər arasında tanınmaq şansını əldə etmək üçün 22 noyabr 2023-cü il tarixinədək bu keçid vasitəsilə "PAŞA Bank"ın və "Deloitte Azərbaycan"ın tərəfdaşlığı ilə həyata keçirilən müsabiqəyə qoşulun! / banker.az

Banklar     Tarix: 02 noyabr 2023

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale


iqtisadi xeberler depozit faizleri iqtisadiyyat xeberleri valyuta xeberleri en son xeberler