Bəzi bitkiçilik məhsulları üzrə aqrar sığorta şərtlərində dəyişiklik edilib

Bəzi bitkiçilik məhsulları üzrə aqrar sığorta şərtlərində dəyişiklik edilibAzərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində bəzi bitki növlərinin sığortası üzrə şərtlərdə dəyişiklik edilib.
Bəzi bitkiçilik məhsulları üzrə aqrar sığorta şərtlərində dəyişiklik edilibAqrar Sığorta Fondunun məlumatına görə, yeniliklər aqrar sığortanın əhatə dairəsinin artırılması, fermerlərə məxsus əkin sahələrinin daha düzgün və səmərəli sığortalanması, sığorta hadisəsi zamanı fermerlərə dəyən zərərlərin daha yaxşı qarşılanması məqsədi daşıyır. 
Aqrar Sığorta Fondunun İdarə Heyətinin qərarı ilə çiyələk, şəkər çuğunduru və tütün bitkisinin sığorta şərtlərində dəyişiklik edilib.
Belə ki, İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş "Çiyələk bitkisi üzrə aqrar sığorta məhsulunun şərtləri"ndə 1 hektar üzrə nəzərdə tutulan maksimal məhsuldarlıq miqdarı indiyədək olan 400 sentnerdən (40 tondan) 700 sentnerə (70 tona) qaldırılıb. Bu dəyişiklik çiyələk sahələrindən yüksək məhsuldarlıq əldə elən fermerlərin məhsulu bütünlüklə sığortalamağa imkan verəcək.
Fondun İdarə Heyətinin digər qərarı ilə "Şəkər çuğunduru bitkisi üzrə aqrar sığorta məhsulunun şərtləri"nə dəyişiklik edilib. Yenilik nəticəsində sığorta məqsədləri üçün şəkər çuğundurunun minimal qiyməti 1 sentner üçün 6 AZN müəyyən edilib.
Fondun İdarə Heyətinin qərarı ilə növbəti dəyişiklik titün bitkisinin sığortasına aiddir. "Tütün bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri"nə edilmiş yeniliyə əsasən sığorta məqsədləri üçün tütün bitkisinin çəkisinə olan tələblər dəyişib. Belə ki, tütün bitkisinin 1 hektardan məhsuldarlığının maksimum miqdarı 200 sentner müəyyən edilib.
Bundan başqa, "Tütün bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri"nə dəyişilik edilməsi nəticəsində sığorta məqsədləri üçün tütün bitkisinin maksimum qiyməti 1 sentner üçün 30 manat müəyyən edilib.
Qeyd edək ki, 2019-cu ildə təsis edilən və 2020-ci ildə fəaliyyətə başlayan Aqrar Sığorta Fondu tərəfindən fasiləsiz olaraq monitorinqlər, araşdırmalar aparılır, fermerlərdən daxil olan müraciətlər təhlil edilir və sığorta məhsullarının şərtləri daima təkmilləşdirilir.
Xatırladaq ki, bir qədər əvvəl Aqrar Sığorta Fondunun İdarə Heyətinin qərarı ilə kənd təsərrüfatı heyvanlarının sığortası tarifləri də aşağı salınmışdı.
Hazırda Aqrar Sığorta Fondu vasitəsilə 41 bitki növü üzrə 48 bitki məhsulunu çoxsaylı risklərdən sığortalamaq mümkündür. Aqrar sığorta zamanı hesablanmış sığorta haqqının 50%-i fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını sığorta edə bilirlər. / marja.az

Banklar     Tarix: 26 sentyabr 2024

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum


iqtisadi xeberler depozit faizleri internetden pul qazanmaq en son xeberler bitcoin