"Bəzilərini həll etdik, bitdi, bəzilərini həll edə bilmədik, bağladıq" - Mərkəzi Bankın sədri banklardan danışdı

"Problemli bank dedikdə biz  nəyi nəzərdə tuturuq - ölkədə banklar var problemli kreditlərin (qeyri-işlək kreditlərin) payı 8%-dir. Problemdir?! Bəli. Amma idərolunandır. Bank var kapital çatışmamazlığı var. İdarə olunandırsa, çalışır, idarə olunan deyilsə, bağlayırıq. Bax, o problemdir. Siz problemə maliyyə sektoru nöqteyi-nəzərindən baxmalısınız. Siz (jurnalistlər – red) Mərkəzi Banka "hazırda problemli bank var?" sualını verəndə - Mən hər bir bankın hansısa filialında lampanın yanmaması problemini bilmirəm. Maliyyə sabitliyinə təsir edəbiləcək problemləri bilmək mənim borcumdur və bu gün də bilirəm". 
Marja.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
"Maliyyə sabitliyi nöqteyi-nəzərdən problemli bankımız yoxdur"
Kazımov, "Media mənim iyuldakı çıxışıma istinad edərək yazıb ki, ("Muğanbank"ın lisenziyası ləğv edilən gün - red), problemli bank olmadığını bildirmişəm" deyərək çıxışına belə davam edib:
"Konteksdən istifadə edirsiniz. Həmin vaxt mənim "problemli bank var, yoxsa yox" sualına cavabımda bildirmişəm ki, maliyyə sabitliyi nöqteyi-nəzərdən bizim maliyyə sistemimiz sağlamdır, keyfiyyətlidir və arzumuz odur ki, maliyyə dayanıqlığımızı inkişaf etdirək. O nöqteyi-nəzərdən bizim problemli bankımız yoxdur. "Problemli bank nə deməkdir" məsələsində biz uyğunlaşmalıyıq. 10 ildən çoxdur məni tanıyırsız, mən nəyisə demişəmsə, sonra o başqa cür olmayıb. Bu gün də onu deyirəm ki, may ayında sizə demişəm ki – bəzi banklarımızda çətinliklər var. Bəzilərini həll etdik, bitdi, bəzilərini həll edə bilmədik, bağladıq. Qalmaqal yaratmayın. Qalmaqal sizin yaxınlarınızın da maliyyə sistemində olan vəsaitlərinə təsir edir. Maliyyə sektorunun dayanıqlılğı hər birimiz üçün vacibdir".
Mərkəzi Bankın sədri əlavə edib ki, "Muğanbank"ın lisenziyasının ləğv edilməsi maliyyə sabitliyinin dayanıqlılığına təsir etmir: 
"Soruşsanız ki, "Muğanbank"ın lisenziyasının ləğv edilməsi maliyyə sabitliyinə nə üçün təsir etmir?, cavab verim. "Muğanbank"da kompensasiya olunmayan əmanət 102 milyon manatdır. 102 milyon manatın 76 milyon manatı fiziki şəxslərin, o cümlədən 76 milyonun 61 milyon manatı 1 fiziki şəxsindir. Qalan  kompensasiya olunmayan əmanət hüquqi şəxslərindir, onun da 50%-i 2 şirkətindir. Qərarlarımızı verməmişdən öncə təhlillər aparmışıq –  müflis olunma problem deyil". 

Banklar     Tarix: 01 noyabr 2023

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale


iqtisadi xeberler depozit faizleri iqtisadiyyat xeberleri valyuta xeberleri en son xeberler