Bir sıra ölkələrdə banklar Rusiyanın "UnionPay" kartlarına xidməti dayandırıb
Bir sıra ölkələrdə banklar Rusiyanın "Qazprombank" şirkəti tərəfindən buraxılmış "UnionPay" ödəniş sisteminin bank kartlarına xidməti dayandırıb.
Bildirilib ki, Tailandda banklar vəsaitlərin çıxarılması cəhdində "UnionPay" kartını yanlış əməliyyat bildirişi ilə qaytarır.
Eyni hal Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərinin banklarında da baş verib.
Həm dövlət banklarında, özəl maliyyə qurumlarında və xarici iştirakı olan banklarda "UnionPay" sisteminin bank kartlarına xidmət dayandırılıb, həm də bankomatdan pul çıxarmağa cəhd edərkən ya texniki xəta, ya da kartın bu bank tərəfindən xidmət edilmədiyi barədə xəbərdarlıq verilir.
Bundan əlavə, bəzi bankomatlar bu kartla əməliyyatlara bankın sanksiya vermədiyi barədə bildiriş göstərir.
Xatırladaq ki, cümə axşamı ABŞ Maliyyə Nazirliyi onlarla fiziki və hüquqi şəxsi əhatə edən yeni anti-Rusiya sanksiyalar paketi barədə məlumat verib. Məhdudiyyətlər əvvəllər sanksiyalara məruz qalmayan "Qazprombank"a da tətbiq edilib. / banker.az

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
Milyonlar qazandıran qəribə biznes ideyaları
Birbank xidmətinə necə qoşulmaq olar?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?