"Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!": indi səyahət daha rahat və sərfəlidir

®Birbank Private müştərilərinə eksklüziv xidmətlər və unikal imtiyazlar təklif etməyə davam edir. Belə ki, Birbank Private, PAŞA Travel və Visa şirkəti ilə əməkdaşlıq çərçivəsində Birbank Miles Dark kartına əlavə edilən yeniliklərlə səyahəti sevənlərə daha rahat və sərfəli istirahət imkanları təqdim edir. 
Birbank Miles Dark istifadəçiləri artıq PAŞA Travel-dən keçən ödənişlərdə topladıqları milləri yalnız aviabiletlər üçün deyil, həm də otellərin, turların rezervasiyası, CİP/VİP zallara giriş, sürətli keçid, visa dəstəyi və avtomobil icarəsi kimi səyahət xidmətləri üçün də istifadə edə biləcəklər. Kart öz sahiblərinə Abu Dabi, Dubay və digər şəhərlərdə premium transfer xidmətlərindən, endirimlərdən və səyahətlə bağlı konsultasiyalardan yararlanmaq şansı da yaradır. 
Yeniliklərdən biri də müştərilərin istifadəsinə verilən hədiyyə kartlarıdır. Birbank Private-in bütün imkanlarını özündə birləşdirən və keşbek və ya millər şəklində təklif olunan "Visa Infinite" kartlarını müştərilər öz yaxınlarına hədiyyə edə biləcəklər.
Bundan başqa Birbank Private müştəriləriləri Visa konsyerjin imtiyazlarından yararlanmaqla yanaşı öz şəxsi menecerlərinə müraciət edərək assistent xidməti ilə bu imtiyazları sifariş edə bilərlər. Bu xidmət müştərilərə transfer, sürətli keçid, CİP zallarına kimi bir çox xidmətlərdən onlayn istifadə üstünlüyü qazandırır. 
Qeyd edək ki, bütün bu yeniliklər "Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!" şüarı altında keçirilən tədbirdə müştərilərə təqdim olunub. Tədbir Birbank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadənin açılış nitqindən sonra, PAŞA Travel şirkətinin Gəlirlər üzrə Baş Direktoru Rüfət Bağırov, Visa-nın Azərbaycanda baş direktoru və regional meneceri Nurlan Hacıyev və brend səfiri Andrey Burlutskinin təqdimatları ilə davam edib. Tərəflər məhsulun üstünlükləri haqqında qonaqlara ətraflı məlumat verərək onların suallarını cavablandırıblar. Tədbirdə həmçinin, Birbank Private-in yeni filialının müştərilərin istifadəsinə verilməsi haqqında da məlumat verilib. 
Müştəri məmnuniyyətini əsas prioritet kimi qəbul edən Birbank-ın fərdi bankçılıq xidmətləri artıq Birbank Private adı altında təqdim ediləcək. Birbank Private müştərilərə şəxsi yanaşma, etibarlı idarəetmə təklif edən və yüksək səviyyəli dəstək ilə onların maliyyə ehtiyaclarını rahat və effektiv şəkildə qarşılayan eksklüziv xidmətdir. Birbank Private xidmətləri ilə bağlı daha ətraflı məlumat üçün saytına müraciət edə bilərsiniz.  / banker.az

Banklar     Tarix: 05 fevral 2025

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm


iqtisadi xeberler valyuta kurslari depozit faizleri rubl mezenne bitcoin