Birbank sahibləri sentyabr ayında 1,7 milyon manat keşbek əldə ediblər

Birbank sahibləri sentyabr ayında 1,7 milyon manat keşbek əldə ediblərÖlkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını təklif edir. Birbank-lılar bu kart vasitəsilə etdikləri əməliyyatlara görə müxtəlif bonuslar əldə edirlər. Aktiv Birbank Cashback debet kartı istifadəçiləri sentyabr ayında bonuslardan ortalama 50 manat pul qazanıblar. 
Kapital Bankın yaydığı məlumatda bildirilir ki, sentyabr ayı ərzində Birbank-lılar ümumilikdə 1,7 milyon manat keşbek əldə ediblər. Bu məbləğin təxminən 90 000 manatı Birbank vasitəsilə  kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlər etdikdə qazanılan 1% keşbeklərin payına düşür.
Müştərilər qazandıqları keşbekin 84%-ni öz ehtiyaclarına istifadə ediblər.
Xərclədikləri vəsaitin bir hissəsini keşbek qismində geri almaqla yanaşı, Birbank Cashback debet kart sahibləri ƏDV-ni ikiqat qaytara bilirlər. Ötən ay bu kartlar vasitəsilə edilən ödənişlərdən qaytarılan ƏDV-nin ümumi həcmi 105% artaraq, təqribən 230 000 manat təşkil edib.
Qeyd edilib ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək, Birbank-da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% keşbek qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. 
Birbank Miles kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin Birbank Miles və Birbank Umico kartları ilə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır. 
Birbank taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.
Birbank kartı haqqında ətraflı məlumat üçün saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, "1" yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin. / marja.az

Banklar     Tarix: 07 oktyabr 2022

Oxşar xəbərlər

"ABB" xarici bankda iştirak payı (nəzarət səhm paketi) alacaq

"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsini rəhbər tutaraq, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - "ABB" ASC) İdarə Heyəti Sizin nəzəriniz

Bayram fürsətləri AccessBank-da

Novruz bayramı münasibətilə AccessBank müştəriləri üçün xüsusi kampaniyaya start verir. Qeyri-iş günlərində bank tərəfindən təqdim olunan sərfəli kredit şərtləri sayəsində müştərilər maliyyə ehtiyaclarını daha rahat və əlverişl

Bankomatlar vasitəsilə kart əməliyyatlarının sayı 6 dəfəyə yaxın azalıb

Ödəniş kartlarından istifadənin bankomat, POS-terminal və elektron ticarət üzrə dinamikası açıqlanıb. -ın məlumatına görə, Mərkəzi Bankın "Rəqəmsal ödənişlər icmalı - 2025" buraxılışında deyilir ki, nağdsız ödənişlərdə

Yelo Bank Qlobal Pul Həftəsinə "Yelo Finance Talks" layihəsi ilə qoşulub

Dünyanın 170-dən çox ölkəsində qeyd olunan və uşaqların, gənclərin erkən yaşlarından maliyyə biliklərinə yiyələnməsini hədəfləyən "Qlobal Pul Həftəsi" (Global Money Week 2026) Azərbaycanda da start götürüb. İqtisad

ABB-eSİM xidməti istifadəyə verildi

() Yeni strateji inkişaf dövründə həyat tərzi bankçılığına da xüsusi diqqət yetirən ABB səyahətsevərlərin eyni bir platformadan xidmət almaq imkanlarını genişləndirir. Bank indiyə qədər özünün ABB mobile tətbiqində səyahə

Unibank sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi keçirib

Unibank Novruz bayramı münasibətilə Gəncə şəhərində sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi bayram tədbiri təşkil edib. Sosial məsuliyyət təşəbbüsü çərçivəsində həyata keçirilən bu tədbirin əsas məqsədi uşaqlara bayra

Bank Respublika Oxbridge Akademiyasında Qlobal Pul Həftəsinə həsr olunmuş tədbir keçirib

 Bank Respublika maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirdiyi təşəbbüsləri davam etdirərək, Qlobal Pul Həftəsi (Global Money Week) çərçivəsində Bakıda yerləşən Oxbridge Akademiyasında məktəblilər üçü

Expressbankın sponsorluğu ilə "ASAN xidmət"in 3-cü "RoboCode" düşərgəsi başa çatıb

"Expressbank"ın sponsorluğu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin, "Bilişim Vadisi"ni

Kartmane taksit kartı istifadəçiləri üçün "Novruz payı" kampaniyası

Rabitəbank müştərilərinə daha rahat və sərfəli alış imkanları təqdim etmək məqsədilə Taksit kartı üzrə yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində Kartmane Taksit kartı sahibləri həm gündəlik alışlarını, həm də onlay


iqtisadi xeberler online pul qazanmaq dollar mezenne kicik biznes valyuta mezennesi