Birjalarda risk iştahı artıb - GÜNƏ BAXIŞ
ABŞ-da illik inflyasiya son 2 ilin ən aşağı səviyyəsinə endikdən sonra birjalarda risk iştahının artdığı müşahidə olunur.
Amerikada dünən açıqlanan məlumatlara görə, İstehlak Qiymətləri İndeksi (CPİ) may ayında aylıq müqayisədə 0.1%, illik müqayisədə isə 4% artaraq proqnozların altında qalıb.
Qeyd edək ki, ABŞ-da illik inflyasiya 2021-ci ilin martından bəri ən aşağı səviyyəyə enib.
İstehlak Qiymətlərinin Baza İndeksi bazar proqnozlarına uyğun olaraq may ayında aylıq müqayisədə 0.4%, illik müqayisədə isə 5.3% artıb.
İnflyasiya göstəricilərindən sonra dünən başlayan və bu gün qərarları açıqlanacaq Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasında ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot faizini sabit saxlayacağına dair ehtimallar daha da güclənib.
Valyuta bazarlarındakı qiymətlərə FED-in faiz dərəcəsini bu gün 94% ehtimal ilə sabit saxlayacağı proqnozlaşdırılır.
Analitiklər, FED-in açıqlayacağı pul-kredit siyasəti qərarları ilə yanaşı, iqtisadi proqnozların və FED sədri Jerome Pavelin toplantıdan sonra verəcəyi açıqlamalarında veracəyi mesajlar da investorlar tərəfindən izlənəcəyini bildiriblər.
Bu gün həmçinin İngiltərədə dərc olunacaq ÜDM-in həcmi və ticarət dövriyyəsinə dair göstəricilər, eləcə də Amerikada İstehsal Qiymətləri İndeksinə (PPİ) dair rəqəmlər də birjalarda ciddi dalğalanmalara səbəb ola bilər.
Geriləyən dollar indeksi fonunda qızıl yenidən 1968$ həddini test etsə də, burada müqavimətlə qarşılaşaraq yenidən 1941$-a qədər geriləyib. Hazırda 1949$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri 1968$-ın altında qaldığı müddətcə eniş tendensiyası daha kəskin xarakter ala bilər.
Məlumat İnvestAZ şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Onlayn biznes ideyaları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Biznesə aid ən yaxşı 10 kitab
İlon Mask kimdir?