"Birkart" BOKT aktivlərini 4 dəfə artırıb
"Kapital Bank" ASC-nin törəmə kredit təşkilatı "Birkart Bank Olmayan Kredit Təşkilatı"MMC 2022-ci ildə aktivlərinin həcmini illik müqayisədə 4 dəfə artırıb.
Banker.az bu barədə BOKT-un rüblük hesabatına istinadən xəbər verir.
"Birkart" BOKT hesabat müddətinin əvvəlindəki 8 mln. 238 min manatlıq cəmi aktivlərini 30 mln. 707 min manata çatdırıb. Aktivlərinin böyük hissəsi – 20 mln. 754 min manatı investisiyadır. Bu öncəki ildə 7 mln. 444 min manat idi.
"Birkart" BOKT hesabat müddətində 310.06 min manat ümumi gəlir əldə etməklə öncəki ildən 67% zəif nəticə göstərib. Bununla da 265.41 min manatlıq zərər edib. 2021-ci ildə 139.78 min manat zərər etmişdi.
BOKT-un 20 min manatı faiz gəlirləri olduğu halda, 290 min manatı əsas vəsaitinin satışından gəlirlər təşkil edib.
Qeyd edək ki, ötən il BOKT-a 4 mln. 490 min manatlıq kapital qoyulub.



PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Ən bahalı otellər hansılardır?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
ZARA-nın uğur hekayəsi
Yatırım olmadan necə biznes qurmaq olar?