"Biz 50%-ədək gəlir gətirən məhsul təklif edirik"

"Hazırda Həyatın yığım sığortası bazara ən yaxşı təkliflə çıxan investisiya məhsuludur. Heç bir investisiya məhsulu bazarda illik 50%-ədək gəlir vəd etmir. Bazarda depozitlər, istiqrazlar var, amma heç birinin 50 faizədək gəliri yoxdur". 
Marja.az xəbər verir ki, bunu "Həyat sığortası nədir?" mövzusu üzrə media nümayəndələri üçün təlimdə "PAŞA Həyat Sığorta Şirkəti"ndə Marketinq Mərkəzinin rəhbəri Ruslan Ələkbərov bildirib. Qeyd edək ki, təlim "PAŞA Həyat Sığorta Şirkəti" tərəfindən təşkil edilmişdir.
Ruslan Ələkbərov deyib ki, həyat sığortası məhsulları həyati əhəmiyyətli məhsullardır. Bu məhsullar risklərdən sığorta və yığım xüsusiyyətlərinə malikdirlər.
Ruslan Ələkbərov qeyd edib ki, həyatın yaşam sığortası bazarda ən yaxşı investisiya məhsuludur, eyni zamanda, ölüm və əlillik hallarında gəlirin itirilməsi riskinin sığortasını da ehtiva edir:
"Rəsmi olaraq işləyən şəxs gəlirinin 50%-nədək olan hissəsini həyatın yaşam sığortasına qoşa bilər. Bu halda həyatın yaşam sığortasına köçürülən hissəyə düşən gəlir vergisi və dövlət sosial sığorta haqqı bu məhsula qoşulanın hesabında yığılır. Minimum 3 il ərzində bu vəsaitə toxunmaq olmaz. 3 ilin sonunda işçinin sığortaya köçürdüyü məbləğ, üstəgəl həyat sığortası şirkətinin faizi, vergi və DSMF faizləri üzərinə əlavə edilib qaytarılır". 
Ruslan Ələkbərov əlavə edib ki, həyatın yaşam sığortası bazarın ən yaxşı investisiya məhsuludur:
"Həyatın yaşam sığortası məhsulunun gəlirliliyi dövlət və neft sektoru üzrə üzrə daha cəlbedicidir, daha da yüksəkdir. Eyni zamanda, qeyri-neft və özəl sektorlarda olan nəticə belə bazarın ən yaxşı investisiya məhsulunun verdiyi gəlirdən daha yüksək gəlir vəd edir.: Minimum 25%. Bankların əmanət məhsullarına baxsaq, ən yaxşı halda gəlirlilik maksimum 12%-dir. Bu məhsulun vəd etdiyi minimum gəlir faizi 25%-dir, maksimum isə 50%-ə yaxındır.
"PAŞA Həyat Sığorta Şirkəti"ndə Marketinq Mərkəzinin rəhbəri vurğulayıb ki, bu məhsulun üstünlüyü onun həyat sığortasının olmasındadır. 
"Soruşula bilər, bəs həyat sığortası bu məhsulun harasındadır? Tutaq ki, bu məhsula qoşulan şəxs, əmək haqqından, minimum ödəməli olduğu 36 aydan 2 ayını ödədikdən sonra başına bir bədbəxt hadisə gəldi: ölüm və ya birinci və ikinci dərəcəli əlillik baş verdi. Təbii ki, bu halda işləmək və əməkhaqqının bir hissəsinin həyat sığortasına köçürülməsi mümkün deyil. Bu, sığorta hadisəsinin baş verməsi deməkdir. Sığorta hadisəsi baş verdikdə 36 ayın sonunda yığılması və qazanılması nəzərdə tutulan məbləğ sığortalı şəxsin benefisiarına - bu onun anası, həyat yoldaşı və s. ola bilər - ödənilir. Qısası, 36 aylıq müddətin hər hansı bir dövründə hadisə baş verərsə, müddətin sonunda əldə edilməsi nəzərdə tutulan məbləğ həyat sığortası şirkəti tərəfindən ödənilir".
Ruslan Ələkbərov qeyd edib ki, həyatın yaşam sığortası məhsulu qanunvericilik ilə tənzimlənir: "Bu məhsul qanun ilə, dövlət tərəfindən dəstəklənən məhsuldur".

Banklar     Tarix: 17 mart 2023

Oxşar xəbərlər

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler dollar kursu kicik biznes valyuta mezennesi leobank kart