"Biz daşınmaz əmlakın icbari sığortası üzrə elektronlaşmanın tamamlanmasını hədəfləmişik"

Azərbaycan Mərkəzi Bankının Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Vüsal Qurbanovla müsahibə.
- Vüsal bəy, Mərkəzi Bank sığorta bazarının inkişaf etdirilməsi və mövcud problemlərin aradan qaldırılması üçün hansı addımları atır?
- Layihələrimizdən biri risk əsaslı tənzimləmə və nəzarətdir. Sığorta risk prinsipləri üzərində qurulduğu üçün sığorta şirkətlərinə nəzarətin maksimal şəkildə risk əsaslı həyata keçirilməsi hədəflənib. Bildiyiniz kimi, icbari sığorta növlərində anderrayter mexanizmləri çox çərçivəlidir. Nəyə görə? Çünki icbari sığorta xidmətləri vətəndaşla sığortanı tanış edən ilk elementdir. Sığortalanmanın asan olması üçün orda anderrayter mexanizmləri minimum, yəni çərçivəli tətbiq edilir. Buna görə də biz həm sığorta xidmətlərində, həm sığorta şirkətlərində maliyyə dayanıqlığında və bazar davranışlarının ölçülməsində risk əsaslı nəzarətə keçid almışıq. Həmçinin, sığortaçıların bazar davranışlarına nəzarət edirik. Mediada yayımlanan sığorta ödənişinin verilməməsi ilə bağlı neqativ hallar sığortaçıların bazar davranışlarının pozulması nəticəsində əmələ gəlir. Bunun üçün də bazar davranışlarının beynəlxalq prinsiplərə uyğunlaşdırılmasını həyata keçiririk. Qeyd etdiyimiz bütün layihələr bir növ icbari sığortalarla əlaqədardır.
- Avtomobillərin icbari sığortasında yeni qaydaların tətbiqi nəyi dəyişəcək?
- Vətəndaşların sığorta xidmətlərində ən rastlaşdığı hadisələr avtomobillərin icbari sığortası ilə bağlıdır. Çünki bu sığorta növü üzrə hadisələrin başvermə tezliyi yüksəkdir. Ona görə də sığorta xidmətlərinin səviyyəsi zərərlərin ödənməsiylə ölçülür. Vətəndaş məmnun olduğu halda sığortaya inam artır. Təhlillərimizdə biz gördük ki, bu sığorta növü üzrə hadisələr tez-tez baş verir. Ona görə də sığortaya inamın artması üçün mütləq qaydada vətəndaşa sığorta ödənişi ədalətli şəkildə verilməlidir. Bunun üçün müəyyən addımların atılması zəruri idi. Əvvəl zərərlərin birbaşa tənzimlənməsi qaydası yox idi. Və qəza zamanı zərərvuran tərəfin sığorta şirkəti zərər çəkən şəxsin avtomobilinə dəyən ziyanı qarşılayırdı. Yəni, bir şirkət müştərisi olmayan tərəfə sığorta ödənişi edirsə, təbii olaraq burada motivasiya əskikliyi yaranır. Öz müştərisi olmadığına görə, sığorta ödənişini maksimum versə də ona qayıtmayacaq. Ona görə də biz qaydalara dəyişiklik etdik. Kim avtomobilini hansı sığorta şirkətində sığortalayıbsa, hadisə zamanı da dəyən zərəri həmin şirkət qarşılayacaq. Bildiyiniz kimi, kasko sığortasına avtomobilin həm vurma, həm də vurulma riskləri, o cümlədən digər risklər daxildir. Bizim bu dəyişikliklə nə baş verir? Avtomobil sahibinin bəlli bir limit daxilində, yəni 5 min manat həcminə kasko sığortaya daxil olan vurulma riski sığortalanmış olur. Kasko xidməti sığorta şirkəti üçün necə önəmli idisə, necə xidmət göstərilirdisə, yeni qayda ilə icbari avtosığortada da eyni xidmət göstəriləcək.
- Vüsal bəy, icbari avtosığortada önəmli məsələlərdən biri də qiymətləndirmədir. Elektron qiymətləndirmə şirkətləri prosesə cəlb edilə bilərmi? Məsələn, "Audotex".
- Hal-hazırda bu xidməti həyata keçirəcək texniki xidmət vasitələri araşdırılır. Araşdırma şirkətə görə deyil, kefiyyətin üstün olması üzrədir. Sığorta hadisələri zamanı vətəndaşa daha yaxşı xidmət göstərəcək hansı alətlər varsa, hamısı hazırda araşdırılır və gələcəkdə bunlardan istifadə ediləcək.
- Yeni qayda ilə zərərlərin birbaşa tənzimlənməsi üçün sığorta şirkətləri arasında müştərək müqavilə imzalandı. Yeni qaydaların tətbiqinə qısa vaxt qalmış "Azsığorta" şirkəti icbari avtosığorta lisenziyasının ləğv edilməsi üçün müraciət etdi. Müştərək müqaviləyə qatılmayan başqa şirkətlər varmı?
- Sığorta şirkətləri xidmət səviyyələrinin artırılmasında maraqlıdırlar. Sığorta şirkətlərindən belə bir müraciət daxil olmayıb. Müəyyən şirkətlər öz strategiyasına hansısa bir sığorta növünün həyata keçirilməməsini könüllü şəkildə bəyan edirsə, bu onların hüququdur.
- Bəzi sığorta şirkətlərinin kapital problemi olduğu və bununla bağlı Mərkəzi Bankın həmin şirkətlərə xəbərdarlıq etməsi ilə bağlı sığorta bazarında məlumatlar yayılıb. Hazırda kapital çatışmazlığı ilə üzləşən sığorta şirkəti varmı?
- Mərkəzi Bank sığortaçıların həm maliyyə dayanıqlığı, həm bazar davranışlarına nəzarət edir. Əgər hər hansı bir nöqsan qeydə alınırsa, qanuna uyğun olaraq tədbirlər görülür. Yəni, bu proses mütəmadi olaraq baş verir. Bütün sektora nəzarət olunur, qanunvericiliyə uyğun olaraq müvafiq addımlar atılır.
- Sığorta şirkətlərinin avtomobillərin icbari sığorta ilə bağlı yeni qaydalara uyğun fəaliyyət göstərməsi üçün maliyyə dayanıqlı çox önəmlidir. Bu məsələyə ona görə toxundum.
- Sığorta şirkətlərinin maliyyə vəziyyəti qənaətbəxşdir. Təbii olaraq yeni normativlər gətirilirsə maliyyə dayanıqlığını da ona uyğunlaşdırırlar. Düşünürük ki, bütün sığorta şirkətləri xidmətin kefiyyətinin artırılmasında maraqlıdır.
- Vüsal bəy, bildiyimizə görə, avtomobillərin icbari sığortası ilə yanaşı digər sığorta növlərində də yeniliklər gözlənilir. Söhbət hansı sığorta növlərindən gedir və yenilik nədən ibarət olacaq?
- Azərbaycan Mərkəzi Bankının sığorta xidmətlərinə yanaşması, vətəndaşyönülmü və sığorta prinsiplərinə əsaslanan risk əsaslı yanaşmadır. Təbii ki, bütün sığorta sistemlərinin effektiv olması üçün elektronlaşma meyarları da önəmlidir. Biz daşınmaz əmlakın icbari sığortası üzrə elektronlaşmanın tamamlanmasını hədəfləmişik. Və bununla bağlı qanun layihəsi müvafiq qurumlara təqdim edilib. Yaxın vaxtlarda daşınmaz əmlakın icbari sığortası elektron formada həyata keçiriləcək. Bundan sonra bu sığorta xidmətinin təkmilləşdirilməsi üçün işlər həyata keçiriləcək.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA / marja.az

Banklar     Tarix: 28 sentyabr 2022

Oxşar xəbərlər

Aqrar sığorta zərfinə yeni bitkilərin əlavə ediləcək – MÜSAHİBƏ

Yaz ayları təbiətin oyanması ilə yanaşı, müxtəlif təbiət hadisələrinin sayının artması dövrüdür. Xüsusilə də mart ayında respublikanın müxtəlif yerlərində hava şəraitinin dəyişməsi, qeyri-sabit hava müşahidə edilir. Bel

AFB Bank daşınmaz əmlak krediti: Xəyal etdiyiniz evə bir addım qalır

AFB Bank müştərilərinə mənzil sahibi olmaq və ya fərdi yaşayış evi tikmək arzusunu gerçəkləşdirmək üçün yeni və əlverişli Daşınmaz Əmlak Krediti məhsulunu təqdim edir. Müasir tələblərə uyğun hazırlanmış bu kredit məhsulu

Bank Respublika Oxbridge Akademiyasında Qlobal Pul Həftəsinə həsr olunmuş tədbir keçirib

 Bank Respublika maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirdiyi təşəbbüsləri davam etdirərək, Qlobal Pul Həftəsi (Global Money Week) çərçivəsində Bakıda yerləşən Oxbridge Akademiyasında məktəblilər üçü

Bankomatlar vasitəsilə kart əməliyyatlarının sayı 6 dəfəyə yaxın azalıb

Ödəniş kartlarından istifadənin bankomat, POS-terminal və elektron ticarət üzrə dinamikası açıqlanıb. -ın məlumatına görə, Mərkəzi Bankın "Rəqəmsal ödənişlər icmalı - 2025" buraxılışında deyilir ki, nağdsız ödənişlərdə

Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim

Ölkənin birinci bankı Kapital Bank Novruz Bayramı münasibətilə "Az faizli yaz krediti" kampaniyasına start verir. Kampaniya çərçivəsində 12 mart – 30 aprel 2026-cı il tarixlərində bankdan 50 00 manatadək nağd kredi

PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın

() Qarşıdan gələn Novruz və Ramazan bayramlarının tətilində PAŞA Sığorta şirkəti səyahətə gedənlərə həm sığortalı səyahət, həm də internet paketi təklif edir. Xarici ölkələrdə səyahət zamanı gözlənilməz hadisələr, sağlamlıql

ABB-eSİM xidməti istifadəyə verildi

() Yeni strateji inkişaf dövründə həyat tərzi bankçılığına da xüsusi diqqət yetirən ABB səyahətsevərlərin eyni bir platformadan xidmət almaq imkanlarını genişləndirir. Bank indiyə qədər özünün ABB mobile tətbiqində səyahə

Rabitəbankdan nağd pul krediti üzrə sərfəli "Bahar kampaniyasi"

Bahar fəsli yeni başlanğıcların və yeni fürsətlərin mövsümüdür. Rabitəbank da bu mövsümü müştəriləri üçün daha rahat maliyyə imkanları yaradan xüsusi "Bahar kampaniyası" ilə qarşılayır. Kampaniya çərçivəsində müştərilə

ADB ötən il Azərbaycanda layihələrə 39 mln. dollardan çox vəsait ayırıb

2025-ci ildə Asiya İnkişaf Bankı (ADB) ilə əməkdaşlıq çərçivəsində Azərbaycanı da əhatə edən bir sıra regional texniki yardım layihələrinə 39,38 mln. ABŞ dolları vəsait ayrılıb. Layihələr əsasən yaşıl enerji və enerji ötürülməsi


iqtisadi xeberler biznes krediti dollarin kursu bu gun dollar mezenne bitcoin