Biznes hesab cəmi 3 dəqiqəyə: PAŞA Bank Biznes mobil tətbiqində
®PAŞA Bank müştəri təcrübəsini daha da təkmilləşdirmək məqsədilə sahibkarların real ehtiyaclarına uyğun məhsul və xidmət portfelini inkişaf etdirməyə davam edir. Bu istiqamətdə həyata keçirilən növbəti yenilik olaraq artıq fərdi sahibkarlar PAŞA Bank Biznes mobil tətbiqi vasitəsilə biznes hesabını tam rəqəmsal şəkildə aça bilərlər.
Biznes hesabının mobil tətbiq üzərindən açılması sahibkarların bank xidmətlərinə daha operativ qoşulmasını təmin etməklə yanaşı, biznes fəaliyyətinə daha qısa müddətdə başlamağa imkan yaradır. Hesabın 3 dəqiqə ərzində açılması xüsusilə çevik qərarvermənin vacib olduğu sahibkarlıq fəaliyyəti üçün əlavə rəqabət üstünlüyü yaradır.
Yeni funksionallıq sahibkarlara filiala baş çəkmədən, növbə gözləmədən və əlavə sənəd dövriyyəsinə ehtiyac olmadan cəmi bir neçə addımda biznes hesabı açmağa imkan verir. SIMA rəqəmsal imza identifikasiyası sayəsində proses günün istənilən vaxtı təhlükəsiz və sürətli şəkildə həyata keçirilir.
Biznes hesabının açılması funksionallığı haqqında daha ətraflı məlumat almaq üçün bu linkə keçid edin.
Qeyd edək ki, PAŞA Bank korporativ, kiçik və orta bizneslər üçün investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi və aktivlərin idarə olunması istiqamətlərində geniş xidmət portfeli təqdim edir. Bank International Investor Magazine tərəfindən 2026-cı il üzrə "Azərbaycanın ən yaxşı bankı" və "Azərbaycanın ən yaxşı KOS bankı" seçilib. Son illərdə isə Euromoney, Global Finance və Stevie Awards tərəfindən də bir sıra nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. / banker.az

Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Azərbaycan banklarının aktivləri 62 milyard manatı keçib – 8 ayda 950 milyon manata yaxın xalis mənfəət
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
Bankların əmanət sahiblərinə faiz ödənişləri 1 milyard manata yaxınlaşdı
"Freelance" nədir?
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
İnstaqramda biznes qurmağın yolları
Evdə biznes qurmağın yolları