Biznes sahibləri Unibanka axışır - 41 FAİZ ARTIM
"Hazırda Unibankı seçən müştərilərin sayı 2 milyona yaxınlaşıb. 2022-ci ilin birinci rübü ilə müqayisədə bankı seçən biznes sahiblərinin sayında da 41%-ə yaxın artım olub".
Bu barədə Marja-ya unibankdan bildirilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Qeyd edilib ki, Unibankın aktivləri 2022-ci ilin birinci rübü ilə müqayisədə cari ilin müvafiq dövründə 370 milyon manat və ya 35% artıb. Bununla da ilk rüb ərzində bankın aktivləri çoxalaraq 1 milyard 446 milyon manatı ötüb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin ilk rübünün sonuna Bankın ümumi depozitlərinin həcmi 1,1 milyard manatı ötüb. Bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 11,5 milyon manatdan çox artım deməkdir. Artım həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində özünü göstərib.
Həm fiziki, həm hüquqi şəxslərin cari hesab qalıqları 2023-cü ilin 1-ci rübü ərzində artaraq 326 milyon manatı ötüb. / marja.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Biznes nədir?
Biznes təlimlər və tədris üsulları
Bitcoin necə işləyir?
İKEA şirkətinin tarixi
Amazonda satış etmək üçün bilməli olduqlarınız