BOKT "Embafinans"xalis mənfəətinin azalmasına aydınlıq gətirdi
BOKT "Embafinans" Qapalı Səhmdar Cəmiyyəti 2025-ci ilin birinci yarısına dair maliyyə nəticələrinə, o cümlədən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi məqsədilə xüsusi ehtiyat ayırmalarının artırılması və bununla əlaqədar olaraq xalis mənfəətin azalması məsələsinə münasibət bildirib.
Şirkətdən Marja.az-a verilən məlumata görə, hesabat dövründə xalis mənfəətin əvvəlki ilin eyni dövrü ilə müqayisədə müəyyən qədər azalması, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi məqsədilə xüsusi ehtiyat ayırmalarının artırılması ilə əlaqədardır. Bu qərar, şirkətin risklərin idarə edilməsi siyasətinə uyğun olaraq, potensial kredit risklərinin qabaqlayıcı şəkildə qarşılanması və gələcək dövrlərdə maliyyə dayanıqlığının təmin edilməsi məqsədilə qəbul edilmişdir.
Qeyd edilib ki, bununla yanaşı, BOKT "Embafinans" QSC-nin 2025-ci ilin ilk altı ayı ərzində əməliyyat gəlirləri artım dinamikasını davam etdirmişdir. Belə ki, faiz gəlirləri 28,5%, qeyri-faiz gəlirləri isə 55% artmışdır. Bu, şirkətin əməliyyat fəaliyyətinin effektivliyinin və bazar mövqelərinin gücləndiyinin göstəricisidir.
"Xalis mənfəətin ötən ilin eyni dövrü ilə müqayisədə azalması şirkətin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi məqsədilə xüsusi ehtiyat ayırmalarının artırılması ilə bağlıdır. Bu addım maliyyə sabitliyinin gücləndirilməsi və risklərin qabaqlayıcı şəkildə idarə olunması məqsədilə atılmışdır",- məlumatda deyilir.
Həmçinin oxu
BOKT "Embafinans" kredit itkisilə qarşı-qarşıya- XALİS MƏNFƏƏTİ AZALIB
BOKT "Embafinans" QSC fəaliyyətində şəffaflıq, qanunvericiliyə riayət, risklərin effektiv idarə olunması və müştəri maraqlarının qorunması prinsiplərinə sadiq qalır. Şirkət bundan sonra da dayanıqlı inkişafı və maliyyə sektorunda etibarlı tərəfdaş statusunu qorumaq istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Necə Bitcoin almaq olar?
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyada ən çox oxunan 5 kitab
McDonalds haqqında maraqlı faktlar