BOKT "İnternational" ASC 2022-ci ili mənfəətlə başa vurub

BOKT "Hər il inkişaf edərək uğurlu fəaliyyətini daha da genişləndirən və təkmilləşmə istiqamətində inamla addımlayan BOKT "İnternational" ASC, növbəti maliyyə uğurunu əldə etmişdir. BOKT ötən illərdə olduğu kimi, 2022-ci ildə də yüksək statistik göstəricilərə imza atmışdır".
Marja.az xəbər verir ki, bu, Təşkilatın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, BOKT "İnternational" ASC-nin kənar audit şirkəti tərəfindən təsdiqlənmiş 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabat beynəlxalq audit şirkəti "Baker Tilly Azerbaijan" tərəfindən təsdiqlənib.
BOKT-un yaydığı press-relizdə bildirilir ki,  BOKT "İnternational" ASC-nin ötən ili 1 milyon 530 min 34 manat xalis mənfəət ilə başa vurub ki, bu da 2021-ci illə müqayisədə 1 milyon 119 min 481 manat yuxarı göstəricidir.
Ötən ilin yekununda BOKT-un xalis faiz gəlirlərində də müsbət dinamika müşahidə olunub. Belə ki, faiz gəlirləri 8 milyon 688 min 107 manatla başa vurub ki, bu da 2021-ci illə müqayisədə 2 milyon 506 min 462 manat yuxarı göstəricidir.
Faiz gəlirlərinin əsas hissəsini müştərilərə verilən kreditlər təşkil edib.
BOKT-un aktivləri isə 45% artımla 28 milyon 961 min 449 manata yüksəlib. Aktivlərin 24 milyon 602 min 159 manatını kredit portfeli təşkil edib. 
Bütün növ kreditərdə artım baş verib. Belə ki, BOKT-un 2021-ci ilin sonuna verilən kredit məbləği  38 040 456 manat, 2022-ci ilin sonuna isə verilən krediti məbləği 45 829 744 manat artıb.
BOKT-da 2022-ci ilin sonuna işçi sayında da artım baş verib. BOKT-un 2021-ci ilin sonuna işçi sayı 222 nəəfər, 2022-ci ilin sonuna isə bu say 252 nəfərə çatıb.
Qeyd edilib ki, BOKT "İnternational" ASC, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 21.05.2013-cü il tarixində BKT-12 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir. Həmin tarixdən etibarən verilmiş lisenziya əsasında, təminatlı və təminatsız kreditlərin verilməsinə, habelə "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olmaqdadır.
BOKT-un Bakı və regionlarda ümumilikdə 30 filialı ilə fəaliyyət göstərir. BOKT-un məhsul və xidmətləri ilə  www.icu.az saytından, 1543 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
BOKT həm yerli, həm də beynəlxalq maliyyə mühitində olan yenilikləri izləməyə, bunları öz fəaliyyət istiqamətinə tətbiq edərək daha da təkmilləşməyə davam etməkdədir. Bundan sonra da uğurlu işlərə imza atmağa və müştəri məmnuniyyətini təmin etmək üçün mütərəqqi yolda inkişaf etməyə davam edəcəkdir.

Banklar     Tarix: 03 iyul 2023

Oxşar xəbərlər

"PAŞA Sığorta"da növbədənkənar ümumi yığıncaq keçiriləcək

03 iyun 2026-cı il tarixində "PAŞA Sığorta" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Yığıncaq Sığortaçının Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov prospekti 61 ("Sahi

"İdeal Kredit" BOKT-da rekord artım: Aktivlər, kreditlər və kapital yüksəlib

BOKT "İdeal Kredit" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin nəticələri həm maliyyə dayanıqlığının, həm də davamlı inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir. Təşkilatı

Yelo Bank-ın Summer Challenge 2026 təcrübə proqramına qeydiyyat başladı

Yelo Bank karyera pillələrini inamla addımlamaq istəyən dinamik gənclər üçün qapılarını açır. Bankın hər il böyük maraqla qarşılanan "Summer Challenge 2026" təcrübə proqramına qeydiyyat başladı. Bu proqram tələb

BOKT "Finans Kredit"in 2025-ci il üzrə maliyyə göstəriciləri - Ötən ili mənfəət ilə başa vurub

Bank olmayan kredit təşkilatı - BOKT "Finans Kredit" MMC 2025-ci ili 132 min 55 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə təşkilatın xalis mənfəəti 203 min 263 manat olmuşdu. Beləliklə, BOKT-un xalis mənfəət

Son bir ildə əhali tərəfindən banklara nağd $606 mln. axın olub

Azərbaycanda nağd valyuta bazarında aynalrda ABŞ dollarının satış məzənnəsində eniş davam edir. Yerli valyutadəyişmə məntəqələrində aparılan son müşahidələrə görə, dollar artıq əvvəlki səviyyələrlə müqayisədə daha aşağı kurslarl

"Global Finance" ABB-ni yenidən ölkə üzrə "İlin ən yaxşı bankı" seçdi

Dünyanın məşhur "Global Finance" jurnalı "İlin ən yaxşı bankı" mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 6 ildə 4-cü dəfə ölkə üzrə "İlin ən yaxşı bankı" seçilib. ABB bu mükafata mənfəətliliyinə

AccessBank müxtəlif peşə sahibləri üçün Nağd Kredit üzrə 7%-dək endirim kampaniyasının müddətini uzatdı

AccessBank müxtəlif peşə sahibləri üçün sərfəli şərtlərlə 50 00 AZN-dək nağd kredit məhsulu təqdim edir. Kampaniya çərçivəsində vergi, gömrük, tibb və təhsil sahələrində çalışan şəxslər üçün nəzərdə tutulmuş xüsusi şərtlə

Bu BOKT 2 dəfə böyüyüb, xalis mənfəəti 3,4 dəfə artıb

"Caspian Finance BOKT" MMC 2025-ci ili 1 milyon 284 min 682 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə şirkətin xalis mənfəəti 377 min 226 manat təşkil etmişdi. Beləliklə, BOKT-un xalis mənfəəti illik müqayisəd

"Azərbaycan Beynəlxalq Bankı"Orta Asiya və Afrikada maliyyə təşkilatlarına yatırım edə bilər

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) Orta Asiya və Afrika ölkələrində maliyyə təşkilatlarına investisiya edə bilər. Bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib


iqtisadi xeberler internetden pul qazanmaq biznes krediti dollar mezenne valyuta mezennesi