BOKT "İnternational" ASC 2022-ci ili mənfəətlə başa vurub

BOKT Hər il inkişaf edərək uğurlu fəaliyyətini daha da genişləndirən və təkmilləşmə istiqamətində inamla addımlayan BOKT "İnternational" ASC, növbəti maliyyə uğurunu əldə etmişdir. BOKT ötən illərdə olduğu kimi, 2022-ci ildə də yüksək statistik göstəricilərə imza atmışdır.
Belə ki, BOKT "İnternational" ASC-nin kənar audit şirkəti tərəfindən təsdiqlənmiş 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabat beynəlxalq audit şirkəti "Baker Tilly Azerbaijan" tərəfindən təsdiqlənib.
BOKT-un yaydığı press-relizdə bildirilir ki,  BOKT "İnternational" ASC-nin ötən ili 1 milyon 530 min 034 manat xalis mənfəət ilə başa vurub ki, bu da 2021-ci illə müqayisədə 1 milyon 119 min 481 manat yuxarı göstəricidir.
Ötən ilin yekununda BOKT-un xalis faiz gəlirlərində də müsbət dinamika müşahidə olunub. Belə ki, faiz gəlirləri 8 milyon 688 min 107 manatla başa vurub ki, bu da 2021-ci illə müqayisədə 2 milyon 506 min 462 manat yuxarı göstəricidir.
Faiz gəlirlərinin əsas hissəsini müştərilərə verilən kreditlər təşkil edib.
BOKT-un aktivləri isə 45% artımla 28 milyon 961 min 449 manata yüksəlib. Aktivlərin 24 milyon 602 min 159 manatını kredit portfeli təşkil edib.
Bütün növ kreditərdə artım baş verib!
BOKT-un 2021-ci ilin sonuna verilən kredit məbləği  38 040 456 manat, 2022-ci ilin sonuna isə verilən krediti məbləği 45 829 744 manat artıb.
BOKT-da 2022-ci ilin sonuna işçi sayında da artım baş verib!
BOKT-un 2021-ci ilin sonuna işçi sayı 222 nəəfər, 2022-ci ilin sonuna isə bu say 252 nəfərə çatıb.
Qeyd edək ki, BOKT "İnternational" ASC, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 21.05.2013-cü il tarixində BKT-12 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir. Həmin tarixdən etibarən verilmiş lisenziya əsasında, təminatlı və təminatsız kreditlərin verilməsinə, habelə "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olmaqdadır.
BOKT-un Bakı və regionlarda ümumilikdə 30 filialı ilə fəaliyyət göstərir. BOKT-un məhsul və xidmətləri ilə  www.icu.az saytından, 1543 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
BOKT həm yerli, həm də beynəlxalq maliyyə mühitində olan yenilikləri izləməyə, bunları öz fəaliyyət istiqamətinə tətbiq edərək daha da təkmilləşməyə davam etməkdədir. Bundan sonra da uğurlu işlərə imza atmağa və müştəri məmnuniyyətini təmin etmək üçün mütərəqqi yolda inkişaf etməyə davam edəcəkdir. / banker.az

Banklar     Tarix: 03 iyul 2023

Oxşar xəbərlər

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin


iqtisadi xeberler bitkoin qiymeti en son xeberler dollar məzənnəsi dollar mezenne