BOKT "İnternational"a əlavə maya qoyulur - MƏBLƏĞ
Bank Olmayan kredit Təşkilatı "İnternational" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 3 milyon manat artırılır.
Marja.az xəbər verir ki, ASC hər birinin nominal dəyəri 1000 manat olan 3000 ədəd adi, adlı, sənədsiz səhmlər buraxır.
Səhmlərin yerləşdirilməsi nəticəsində BOKT "İnternational"ın nizamnamə kapitalı 5 milyon manatdan 8 milyon manata yüksələcək.
BOKT "İnternational" ASC-nin səhmlərinin 100%-i Həsənov Rifat Vaqif oğluna məxsusdur.
Qeyd edək ki, 2021-ci ildə BOKT "İnternational" ASC-nin nizamnamə kapitalı 2 milyon manat artırılaraq 3 milyon manatdan 5 milyon manata çatdırılıb.
31.03.2023-cü il tarixində təşkilatın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdi. Yığıncağın gündəliyinə - nizamnamə kapitalının artırılması ilə bağlı səhmlərin buraxılışı, istiqraz buraxılışı və digər məsələlər daxil idi.
BOKT "İnternational" ASC əsasən riteyl və mikro biznes kredit bazarında fəaliyyət göstərir.


PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Ən bahalı otellər hansılardır?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
ZARA-nın uğur hekayəsi
Yatırım olmadan necə biznes qurmaq olar?