BOKT sektoru üzrə mənfəətlikdə artım
Mərkəzi Bankın dərc etdiyi 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatında Bank olmayan kredit təşkilatları (BOKT) barədə də məlumatlar da yer alıb.
Marja.az Hesabata istinadən xəbər verir ki, bank olmayan kredit təşkilatları (BOKT) sektoru üzrə mənfəətlikdə artım dinamikası mövcuddur. 2024-ci ilin ikinci yarısı BOKT-lər 76.6 mln. manat mənfəətlilik əldə etmişdir ki, bu da 2023-ci ilin müvafiq dövrünün mənfəətindən təqribən 191% çoxdur.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Sektorun mənfəətliliyinin artmasında kredit portfelinin böyüməsi ilə artan faiz gəlirlərindən əlavə kredit təşkilatlarının əməliyyat səmərəliyinin də artması əsas amillərdən olmuşdur. Belə ki, qeyri-faiz gəlirlərinin məcmu gəlirdə payı 14%-dən 25%-ə qalxmışdır. Sektorun mənfəətliliyinin artımı fonunda ROA və ROE göstəriciləri ötən ilin iyun ayı ilə müqayisədə 2 dəfə artaraq müvafiq olaraq 17.91% və 41% olmuşdur.
Sektorun kapital mövqeyi bölüşdürülməmiş mənfəətin artımı fonunda genişlənmişdir. Yarımil ərzində BOKT-lərin kapitalı 19% (59 mln. manat) artaraq 374 mln. manat təşkil etmişdir. Kapitalın artımı həm kapital inyeksiyası, həm də BOKT sektorunun bölüşdürülməmiş mənfəəti hesabına olmuşdur. Belə ki, yarımil ərzində bölüşdürülməmiş mənfəət təqribən 61% (63 mln. manat) artaraq 166 mln. manat, nizamnamə kapitalı isə 3.4% (6.9 mln. manat) artaraq 211 mln. manat təşkil etmişdir.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
McDonalds haqqında maraqlı faktlar
ƏDV geri al və onun üstünlükləri
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Necə Bitcoin almaq olar?
Biznes plan necə yazılır?