Borcları yığan şirkətdə gələn həftə yeni səhmdarlar bəlli olacaq

Borcları yığan şirkətdə gələn həftə yeni səhmdarlar bəlli olacaq"KollektA" ASC səhmlərini Bakı Fond Birjasında (BFB) yerləşdirəcək. BFB-nin Listinq Komitəsinin 10 sentyabr 2026-cı il tarixli qərarı ilə şirkətin səhmlərinin ticarətə buraxılmasına icazə verilib. Banker.az xəbər verir ki, səhmlərə abunə yazılışı 14 sentyabrda başlayıb 18 sentyabrda başa çatacaq, yerləşdirmə isə 21 sentyabrda keçiriləcək.
Emissiya çərçivəsində hər birinin ilkin ticarət qiyməti 410 manat olan 500 ədəd sənədsiz adlı, adi səhm buraxılır. Beləliklə, emissiyanın ümumi həcmi 205 min manat təşkil edir. Səhmlərin yerləşdirilməsində anderrayter qismində "Troni İnvestisiya Şirkəti" QSC çıxış edir.
Şirkətin nizamnamə kapitalının 4 100 manatdan 205 min manat artırılaraq 209 100 manata çatdırılması planlaşdırılır. "KollektA"nın səhmdarları Mədəd Rüstəmov və Camal Aydınovun hər birinin 40%, Rəşad Səlimovun isə 20% payı var.
Borcların idarə olunması sektorunda fəaliyyət göstərən "KollektA" 2024-cü ilin oktyabrında təsis edilib və 2026-cı ilin mayında MMC-dən ASC-yə çevrilib. Şirkətin əsas fəaliyyəti banklar və digər maliyyə institutlarından tələb hüquqlarının, o cümlədən POCI aktivlərinin alınması və həmin borcların yığılmasından ibarətdir.
Şirkətin aktivləri 2024-cü ilin sonunda 260,8 min manatdan 2025-ci ilin sonunda 9,66 milyon manata yüksəlib. "KollektA" 2025-ci ili 2,91 milyon manat xalis mənfəətlə başa vurub, cəmi kapitalı isə 8,5 min manatdan 2,92 milyon manata çatıb. Həmin il şirkət 5,13 milyon manatlıq yeni problemli kredit portfeli əldə edib və borcların yığılması nəticəsində 7,38 milyon manat vəsait toplayıb. 2025-ci ilin maliyyə hesabatları "Nexia Azerbaijan" tərəfindən audit edilib.

Banklar     Tarix: 10 sentyabr 2026

Oxşar xəbərlər

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin qiymeti online pul qazanmaq telefonla pul qazanmaq