"Bravo" marketlər şəbəkəsinin - VƏZİYYƏTİ MƏLUM OLDU... – HESABAT

Azərbaycanın aparıcı ticarət şəbəkələrindən olan «Bravo» marketlərin şəbəkəsinin sahibi «Azərbaycan Supermarket» şirkətinin məliyyə vəziyyəti məlum olub.
FED.amz xəbər verir ki, şirkət 2021-ci ilin sonuna olan maliyyə hesabatını açıqlayıb.
Hesabata əsasən 2021-ci ildə «Bravo»nun satışdan gəlirləri 572,7 milyon manat, satışın maya dəyəri 464,8 milyon manat olub. Satış marjası 107,9 milyon manat təşkil edib.
Başqa sözlə, 2021-ci ildə «Bravo»nun satış həcmi 11,6% artıb.
Ötən illə müqayüisədə şirkətin həm satış həcmi həm də satışın maya dəyəri xərci artıb. Ötən il şirkətin satış həcmi 512,9 milyon manat, satışın maya dəyəri 422,5 milyon manat, satış marjası 90,4 milyon manat olub.
Ötən il «Bravo»nun sahibinin satış, inzibati və ümumi xərcləri 130,4 milyon manat təşkil edib. Ötən illə müqayisədə bu göstərici 20 milyon manat və ya 19,5% artıb.
Nəticədə «Azərbaycan Supermarket» 2021-ci ili 23,5 milyon manat əməliyyat zərəri ilə başa vurub. Əvvəlki illə müqayisədə şirkətin əməliyyat zərəri 7 milyon manat artıb, xatırladaq ki, 2020-də «Bravo»nun idarəçisinin əməliyyat zərəri 18,6 milyon manat olmuşdu.
Bundan əlavə şirətin daha 41,5 milyon manat maliyyə zərəri də yığılıb. Xatırladaq ki, 2020-ci ildə bu göstərici 28,3 milyon manat idi.
Nəticədə «Azərbaycan Supermarket» 2021-ci ili 65 milyon manat zərərlə başa vurub. 2020-ci ildə müqayisədə şirkətin zərəri 2021-ci ildə 18 milyon manat artıb – 2020-də zərər 47 milyon manat idi.
Əvəzində 2021-ci ildə «Bravo»nun sahibinin aktivləri sürətli şəkildə artıb – şirkət ili 533,6 milyon manat aktivlə başa vurub – bu 2020-ci illə müqayisədə təqribən 67,7 milyon manat və ya 14,5% artıqdır.
Aktivlərin artımını hərəkətverici qüvvəsi daşınmaz əmlak və avadanlıqdar olub – hesabatdan aydın olur ki, 2021-ci il ərzində «Bravo»nun əmlak, torpaq və avadanlıqları 44 milyon manat artaraq 186 milyon manatdan 230 milyon manata yüksəlib, istifadə hüququ olan aktivlərin həcmi isə 110 milyon manatdan 143 milyon manata qalxıb.
«Bravo»nun öhdəlikləri də kəskin artıb. 2020-ci ilin sonunda  304 milyon manat olan öhdəliklər təqribən 90 milyon manat artaraq  394 milyon manata yüksəlib. Şirkətin öz səhmdarlarına 229 milyon manat borcu var. İcarə üzrə öhdəliklər isə 147 milyon manata yüksəlib.
Şirkətin nizamnamə kapitalı cəmi 2 min maati təşkil edir, əvəzində 202,9 milyon manatlıq ehtiyatları var. Hərçənd indiyədək 1ığılmış 179 milyon manat zərər nəticəsində şirkətin cəmi kapitalı 23,8 milyon manat təşkil edir. Qeyd edək ki, ötən il şirkətin cəmi kapitalı 86 milyon manatdan artıq idi.

Biznes     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

"AZZA" şirkəti 50 milyon manata çatdı

Azərbaycanın qastronom şəbəkəsi - "AZZA" QSC nizamnamə kapitalını 42 433 902 manat və yaxud 6,6 dəfə artıraraq 7 566 098 manatdan 50 00 00 manata çatdırmağı planlaşdırır. səhmdar cəmiyyətindəki mənbəyə istinadə

Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir

"Azərbaycan-Türkiyə arasında iqtisadi sahədə əməkdaşlığın həcmi 5,7 milyard ABŞ dollarına çatıb, 2026-cı ilin ilk 8 ayında isə bu göstərici artıq 3,2 milyard dollar təşkil edib".  xəbər verir ki, bunu Azərbaycanı

Azərbaycanda dövlət satınalmalarında qanunvericiliyin tələbi 1 144 dəfə - POZULUB

Bu ilin birinci yarısında dövlət satınalmaları müsabiqəsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1 144 yekun protokol ləğv edilib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözlər

Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini - "MSOLUTİON"A ETİBAR ETDİ

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu bundan sonra "MSolution" elektron pul təşkilatının ödəni

"Poz-Qazan" oyunları avqustda - 15 milyon manata yaxın uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunları qazandırmağa davam edir.  . xəbər verir ki, avqustda "Poz-Qazan"

Şirkətin nizamnamə kapitalı ikinci dəfə - KƏSKİN AZALDILIR

"Sinay Group" MMC (VÖEN: 1405509591) nizamnamə kapitalını yenidən azaldır. Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 30

Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub

İlk dəfə olaraq ABŞ sahibkarları "Bloomberg" agentliyinin milyarderlər indeksində ilk on pillənin hamısını tutublar. xəbər verir ki, Fransanın dəbdəbəli məhsullar sektorunda fəaliyyət göstərən milyarderi Bernar

"Dolları Azərbaycana qaytarmalısan" - ŞİRKƏTLƏRƏ YENİ ŞƏRT QOYULACAQ

Azərbaycanda iri şirkətlərin qarşısında yeni tələblər qoyulacaq. xəbər verir ki, bu müxtəlif qanunlara edilən dəyişikliklərlə bağlı yeniliklərdə nəzərdə tutulub. Söhbət Vergi Məcəlləsi, Miqrasiya Məcəlləsi, "Sosial sığort

"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - FOTOLAR

"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il al


iqtisadi xeberler emlak xeberleri leobank kart pul qazanmaq rubl mezenne