Bu bank müştərilərə verilmiş kreditləri 140 milyon manata yaxın artırıb
2021-ci ilin sonu ilə müqayisədə "Bank Respublika" ASC-nin cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 138 milyon 307 min manat və ya 19,2% artaraq 30 iyun 2022-ci il tarixində 858 milyon 248 min manat təşkil edib.
Marja xəbər verir ki, Bankın istehlak kreditləri porfeli 60 milyon 162 min manat artaraq 200 milyon 873 min manata, biznes kreditləri portfeli 72 milyon 364 min manat və ya 14% artaraq 589 milyon 312 min manata, ipoteka kreditləri portfeli isə 5 milyon 817 min manat və ya 9,4% artaraq 67 milyon 823 min manata çatıb.
Xəbər verdiyimiz kimi, "Bank Respublika" ASC 2022-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 12 milyon 511 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ilin eyni dövrünü 7 milyon 554 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Bank Respublika"nın xalis mənfəəti 2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında 4 milyon 957 min manat və ya 65,6% artıb. Xalis mənfəətdəki artımın böyük hissəsi gəlirlərin artmasından qaynaqlanır.
Həmçinin oxu
"Bank Respublika"nın gəlirlərində və mənfəətində sıçrayış


Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Expressbank Bərdədə 300 ağac əkib
Kino biletləri də ABB mobile tətbiqində
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
SMM nədir?
Biznes planı necə yazmaq lazımdır?
Ən bahalı otellər hansılardır?
ZARA-nın uğur hekayəsi