Bu bankın kart istifadəçilərinin sayı 1 milyona çatıb

Bu bankın kart istifadəçilərinin sayı 1 milyona çatıbÖlkədə nağdsız ödənişlərin və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, bu sahəyə öz töhfəsini verib. 
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, 2022-ci ilin ilk yarısı ərzində dövriyyədə olan plastik kartların sayı nəzərəçarpacaq dərəcədə artıb. 2021-ci ilin sonu ilə müqayisədə bu ilin ilk yarısında təkcə Visa və Mastercard debet kartları 76% artaraq, 1 milyona çatıb. 
Birinci yarımil həm də Bank üçün çox əlamətdar bir hadisənin baş verməsi ilə yadda qalıb. Apreldə "Unibank"in ölkə bank bazarında ilk olan kredit və multivalyutalı debet kartını özündə birləşdirən tək kartı – UCard-ı müştərilərin istifadəsinə verib. Dörd fərqli valyutada hesabları olan (AZN, USD, EUR, GBP) debet kartı və AZN valyutalı kredit xəttini birləşdirən tək kart olan UCard, qısa müddət ərzində on minlərlə müştərinin seçimi olub. Multivalyutalı UCard özündə müştərinin arzuladığı əksər üstünlükləri birləşdirib. Həmçinin bank özünün mobil bank tətbiqi UBank-ı və terminal şəbəkəsi UTM-ləri də yeni UCard məhsuluna uyğunlaşdıraraq, kartın müştərilər tərəfindən istifadəsini daha da asanlaşdırıb. Bu gün UCard istifadəçilərinin sayı 100 mini  keçib.
Ötən ilin ilk 6 ayına nəzərən, Unibank kartları ilə nağdsız dövriyyə bu ilin ilk 6 ayında 3 dəfədən çox artıb. Hesabat dövründə  "Unibank"ın UBank tətbiqinin istifadəçilərinin sayı da çoxalıb. Birinci yarımildə UBank mobil əlavəsinin istifadəçi sayı 1.6 milyonu ötüb. Ötən ilin uyğun dövrü ilə müqayisədə bu ilin ilk yarısında mobil tətbiq vasitəsilə aparılan əməliyyatların həcmi 2 dəfə artıb.
Həmçinin oxu
"Unibank"dan 100 milyon manatlıq böyümə
Bu bankın kart istifadəçilərinin sayı 1 milyona çatıb

Banklar     Tarix: 26 iyul 2022

Oxşar xəbərlər

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler biznes ideyalari bitcoin qiymeti telefonla pul qazanmaq biznes xeberleri