"Bu bir az ədalətsizlikdir" – Kazımov hərracların həftəlik niyə açıqlanmamasına aydınlıq gətirdi

Azərbaycan Mərkəzi Bankı (AMB) həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı keçirdiyi valyuta hərraclarının nəticələrini artıq ictimaiyyətə açıqlamır.
Banker.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov mətbuat konfransında bildirib.
Baş bankir deyib ki, biz o qənaətə gəldik ki, hərracları açıqlamayaq. Ümumiyyətlə, həm məzənnə dəyişilmirsə, həm tələb ödənilirsə bu valyuta bazarında nə baş verməsi ilə bağlı hər hansısa təhlillər üçün kifayət etmir. Qərara gəldik ki, hər ayın sonunda AMB öz xarici valyuta ehtiyatlarını açıqlayacaq, hər rübün nəticəsi olaraq Dövlət Neft Fondu satışların həcmini açıqlayacaq".
"Bəzi media nümayəndələri və ekspertləri deyir ki, biz bu valyuta hərracları ilə valyuta bazarında tələb və təklifi müəyyən edirik. Bu mümkün deyil. Çünki orta 5 ilə baxsaq ARDNF-nin transferti ümumi valyuta bazarının 30-35%-ni təmin edir… Biz valyuta bazarında tələb və təklifi müəyyən etmək istəyiriksə, bu çox rahatdır. Bu dəyişiklikləri görmək üçün  iki işarə var: birinci məzənnə, ikinci isə ehtiyatlardır. Məzənnə sabitdir, ehtiyatlar isə dəyişilmir. Bu o deməkdir ki, tələb təklifi qarşılayır. Bura da çox bəsitdir.
O deyib ki, Mərkəzi Bank son üç ildə valyuta bazarına hər müdaxilələr açıqlanacaq. Bu günə qədər də açıqlamışıq və davam edəcəyik.
Kazımov qeyd edir ki, valyuta hərracları barədə məlumatların həftəlik açıqlanması lazım olmayan, əsassız müzakirələrə səbəb olur:
"Səmimi deyim, hansısa hərracda 70 mln. dollar satış olanda qalmaqal edilir [media və ekspertlər tərəfindən], 20 mln. dollar olanda səs çıxmır. Bu bir az ədalətsizlikdir".

Banklar     Tarix: 23 aprel 2025

Oxşar xəbərlər

ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Futbol üzrə Dünya Çempionatı dövründə böyük maraqla qarşılanmış "Qollar qazandırır!" kampaniyasının ardınca futbol mövsümü ərəfəsində  ABB yeni bir kampaniyaya start verir. "ABB Play – Master Liqa" adlana

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib

Biznes sahibləri üçün yeni fürsət – kredit müddətinin son 100 günü faizsiz!. Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika, sahibkarların maliyyə imkanlarını genişləndirmək və bizneslərinin inkişafın

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb. Bu barədə sorğusuna cavab olaraq qurumdan bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, hazırda 41 102 fizik

"Yelo Bank"da çalışanların sayı açıqlandı

"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb

Onlayn bank xidmətləri göstərən Böyük Britaniyanın "Revolut" şirkətinin müştərilərinin fərdi məlumatları dövlət qurumları kimi təqdim edən dələduzlar tərəfindən oğurlanıb. Bu barədə "Reuters" agentliy

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər


iqtisadi xeberler bu gunun xeberleri bitkoin almaq avtomobil xeberleri birbank