Bu BOKT sürətlə inkişaf edir, qazancını artırır - DAHA DA BÖYÜMƏK ÜÇÜN 10 MİLYON MANAT CƏLB EDİR

Bu BOKT sürətlə inkişaf edir, qazancını artırır - DAHA DA BÖYÜMƏK ÜÇÜN 10 MİLYON MANAT CƏLB EDİRBOKT "İnternational" ASC 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 3 milyon 576 min manat xalis mənfəət ilə başa vurub. Kredit təşkilatı ötən ilin eyni dövrünü 3 milyon 281 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT "İnternational"ın 6 aylıq xalis mənfəəti 295 min manat və ya 9% artıb. 
BOKT "İnternational" 2022-ci ili 1 milyon 530 min manat, 2023-cü ili 2 milyon 792 min manat, 2024-cü ili 4 milyon 821 min manat xalis mənfəət ilə bağlamışdı. 

Marja.az xəbər verir ki, 2025-ci ilin yanvar-iyun dövründə BOKT "İnternational"ın faiz gəlirləri 2 milyon 24 min manat və ya 28,6% artaraq 30 iyun 2025-ci il tarixində 9 milyon 104 min manat olub.
2025-ci ilin ilk 6 ayında BOKT "İnternational"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 4 milyon 597 min manat və ya 12% artaraq 30 iyun 2025-ci il tarixində 42 milyon 557 min manata çatıb. 2024-cü ilin sonunda BOKT-ın kredit portfeli 37 milyon 960 min manat təşkil etmişdi. 
Qeyd edək ki, "Bank Olmayan Kredit Təşkilatı "İnternational" Açıq Səhmdar Cəmiyyəti 10 milyon manatlıq istiqraz buraxır. Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların hər birinin nominal dəyəri 100 manat, sayı 100 000 ədəddir. İstiqrazlar üzrə illik faiz dərəcəsi 18% təşkil edir. İstiqrazların tədüvül müddəti 36 aydır. İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir.
BOKT "İnternational" ASC-nin nizamnamə kapitalının 100%-i Həsənov Rifat Vaqif oğluna məxsusdur.
Bu BOKT sürətlə inkişaf edir, qazancını artırır - DAHA DA BÖYÜMƏK ÜÇÜN 10 MİLYON MANAT CƏLB EDİRBu BOKT sürətlə inkişaf edir, qazancını artırır - DAHA DA BÖYÜMƏK ÜÇÜN 10 MİLYON MANAT CƏLB EDİRBu BOKT sürətlə inkişaf edir, qazancını artırır - DAHA DA BÖYÜMƏK ÜÇÜN 10 MİLYON MANAT CƏLB EDİRBu BOKT sürətlə inkişaf edir, qazancını artırır - DAHA DA BÖYÜMƏK ÜÇÜN 10 MİLYON MANAT CƏLB EDİRBu BOKT sürətlə inkişaf edir, qazancını artırır - DAHA DA BÖYÜMƏK ÜÇÜN 10 MİLYON MANAT CƏLB EDİR

Banklar     Tarix: 10 sentyabr 2025

Oxşar xəbərlər

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler investisiya internetden pul qazanmaq biznes ideyalari biznes qurmaq