Bu gün Rusiya Mərkəzi Bankının uçot dərəcəsini artıracağı gözlənilir
Bu gün Rusiya Mərkəzi Bankı növbəti faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 1,00 faiz bəndi də artıraraq 13%-dən 14%-ə qaldıracağı gözlənilir.
Qərar Bakı vaxtı ilə saat 14:30-da ictimaiyyətə açıqlanacaq.
Sentyabrın 15-də keçirilən iclasda Rusiya Mərkəzi Bankının İdarə heyəti uçot dərəcəsini 1,00 faiz bəndi artıraraq illik 12%-dən 13%-ə yüksəldib.
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini iyul ayında illik 7,5%-dən 8,5%-ə qaldırmışdı. Avqustda isə dollar 100 rubl həddini keçdikdən sonra növbədənkənar iclasda uçot dərəcəsini 3,50 bənd artıraraq 12%-ə çatdırmışdı.
Rusiya Mərkəzi Bankı inflyasiyanın sürətlənməsi və rublun ucuzlaşması fonunda sərt pul siyasəti aparır.
Son günlər Rusiyada Dollar və Avro ucuzlaşıb. Dolların qiyməti 93 rubl səviyyələrinə düşüb.
Həmçinin oxu
Analitiklər qeyd edirlər ki, Rusiya Mərkəzi Bankı inflyasiyanın sürətlənməsi, kreditləşmənin yüksək artım templəri və büdcə xərclərinin qiymət artımı sürətinə təsirindən qorxduğu üçün uçot dərəcəsini 1 faiz bəndi artıraraq illik 14%-ə qaldıracaq.
Oktyabrın 23-nə olan məlumata görə, Rusiyada illik inflyasiya 6,59%-ə qədər sürətlənib. İlin sonuna inflyasiyanın Mərkəzi Bankın hədəfini keçə biləcəyi riskləri artır. Rusiya Bankının proqnozu 6-7% təşkil edir. Mərkəzi Bankın gələn il hədəfini 4%-ə endirmək vəzifəsi getdikcə çətinləşir.
2024-2026-cı illərdə Rusiyanın büdcə xərcləri daha yüksək olacaq. Bu da inflyasiyaya artırıcı təsir edə bilər. Buna görə, Mərkəzi Bank uçot dərəcəsini daha da artırmağa məcbur olacaq.
Bəzi analitiklər Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 0,5 faiz bəndi artıracağını gözləyirlər. Onlar qeyd edirlər ki, "Mərkəzi Bank dolların son günlər bir qədər ucuzlaşmasının idxalın maya dəyərinin azalmasına və bununla da inflyasiyanın zəifləməsinə səbəb olacağı ümidi ilə uçot dərəcəsini simvolik artıra və ya "pauza" edə bilər.
Qeyd edək ki, Oktyabrda, Rusiyada ixracatçıların valyuta satışının məcburi edilməsilə Rubl bahalaşıb.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Bitcoin nədir?
İnvestisiyanın necə cəlb etmək olar?
Dünyanın ən varlı 10 müğənnisi
Shopify-da necə satışa başlamaq olar?
Dünyada ən çox oxunan 5 kitab