Bu gün Türk Lirəsinə təsir edə biləcək mühüm qərar açıqlanacaq
70 faizə yaxınlaşan inflyasiyanın kölgəsində Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, qərar bu gün Bakı vaxtı ilə saat 15:00-da ictimaiyyətə bəyan ediləcək. Artımın sentyabr ayı faiz dərəcəsi qərarına bənzər şəkildə 5,00 bənd olacağı gözlənilir.
Ötən ay keçirilən iclasda faiz dərəcəsi 5,00 bənd artırılaraq 25 faizdən 30 faizə yüksəldilib. Bu iclasda Mərkəzi Bankın faiz dərəcəsini artırmağa davam edəcəyi gözlənilir. Əsas diqqət qərar mətnində veriləcək mesajlara yönəldiləcək.
Bəzi iqtisadçılar Mərkəzi Bankın faizini 2,50 bənd artıracağını proqnozlaşdırırlar.
Əgər proqnozlar reallaşarsa TCMB-nin əsas faizi 32,50%-ə vəya 35%-ə yükələ bilər.
İdarə Heyətinin sədri Hafize Gaye Erkanın rəhbərliyi altında bankın sərt pul siyasətilə əsas faiz dərəcəsi artıq 22 faiz bəndi artırılıb. Bir çox investorların fikrincə, indiki inflyasiya ilə müqayisədə real faiz dərəcələrinin hələ də mənfi zonada olması sərt pul siyasətinin (faizin artırılmasının) kifayət qədər olmadığını göstərir.
Bundan əlavə, İsrail-Həmas qarşıdurmasının kəskinləşməsi ssenarisində enerji qiymətləri yenidən yüksələn risk yarada bilər ki, bu da çoxları üçün 40 faizlik psixoloji səviyyənin daha erkən çatmasına səbəb ola bilər.
"Deutsche Bank" iqtisadçılarına görə, artan geosiyasi risklər,onun inflyasiya və tədiyyə balansına potensial təsirləri səbəbindən TCMB 2023-cü ilin sonuna kimi əsas faiz dərəcəsini 40 faizə çatdıracaq. Bəzi iqtisadçıların fikrincə, yerli seçkilərin yaxınlaşması TCMB-nin "gözlə-gör" mövqeyini seçməsi ilə də nəticələnə bilər.
Həmçinin oxu


"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Bitcoin nədir?
İnvestisiyanın necə cəlb etmək olar?
Dünyanın ən varlı 10 müğənnisi
Shopify-da necə satışa başlamaq olar?
Dünyada ən çox oxunan 5 kitab