Bu il Azərbaycanda iki bankın ləğv prosesinin yekunlaşması gözlənilir

Bu il Azərbaycanda iki bankın ləğv prosesinin yekunlaşması gözlənilirBu il ləğvetmə prosesində olan "Borçalı" Kommersiya Bankı (KB) və "Azərbaycan Kredit Bankı" ASC-nin ləğv prosesinin tamamlanması gözlənilir.
Bu barədə müsahibəsində Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktorunun müavini Akşın Cahangirov deyib.
"Borçalı" KB-nin ləğv prosesinin yekunlaşdırılması ilə bağlı artıq müvafiq məhkəməyə müraciət etmişik. "Azərbaycan Kredit Bankı" ASC ilə bağlı ləğv prosesinin yekunlaşdırılmasına dair ərizə isə qısa müddət ərzində məhkəməyə təqdim ediləcək. Bu banklarla bağlı bütün proseslər bitib, öhdəliklər tam icra olunub və bu il artıq ləğv prosesində olan bankların sayının 19-a düşəcəyini gözləyirik", – deyə A.Cahangirov əlavə edib.
O, bildirib ki, hazırda 21 bank ləğv prosesindədir:
"Bəzən ictimaiyyətdə bankların ləğvinin niyə 10 il və ya daha artıq müddət davam etməsi barədə sual yaranır. 2016-cı ilə qədər Fond yalnız sığortaçı kimi çıxış edirdi. Hansısa bankda sığorta hadisəsi baş verdikdə Fond onun əmanətçilərinə kompensasiya ödəyirdi, ləğvetməyə görə isə maliyyə bazarlarına nəzarət orqanının təqdimatı ilə məhkəmə tərəfindən təyin edilmiş ayrı-ayrı hüquqi şəxlər məsul idi. Fond bu prosesdə iştirak etmirdi.
2017-ci ildən Fonda həm də ləğvedici funksiyası həvalə edilib. 2016-cı ilə qədər "Birlik Bank" ASC, "Borçalı" KB kimi banklar təqribən 6-7 il idi ki, ləğv prosesində idilər. Bəzi hallarda ləğvetmə qənaətbəxş keçirilmir, sənədlərin təhvil-təslimində problemlər yaşanırdı. Fond olaraq biz 5 ildən artıqdır ki, ləğv prosesini davam etdiririk. Əvvəlki dövrlərdən qalan xeyli natamam işlər bizə həvalə edilib. Məlumdur ki, bank müflis olubsa, deməli orada işlər düzgün qurulmayıb. Belə ki, ləğv prosesində olan bir sıra bankların aktiv dövründə ipoteka, kredit əməliyyatlarının düzgün aparılmaması bu gün ləğvetmə prosesini böyük çətinliklərlə üzləşdirib. Hazırda bizim minlərlə məhkəmə işimiz var. Bu proses çox uzun çəkir. Qanunvericilikdə də ləğvetmə prosesinin hansı müddətə yekunlaşması ilə bağlı konkret müddəa yoxdur".
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 10 iyul 2015-ci il tarixli 27 saylı qərarı ilə "Azərbaycan Kredit Bankı" ASC-nin bank lisenziyası ləğv olunub, "Borçalı" Kommersiya Bankının fəaliyyəti isə 2005-ci ildə dayandırılıb. / banker.az

Banklar     Tarix: 27 mart 2023

Oxşar xəbərlər

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler dollar kursu kicik biznes valyuta mezennesi leobank kart