Bu ildən lisenziyasız İslam kolleclərinin diplomları etibarsız sayılacaq

Bu ildən lisenziyasız İslam kolleclərinin diplomları etibarsız sayılacaq"Dini təhsil bu gün əsas prioritet istiqamətlərimizdən biridir. Dini duruma olduğu kimi, dini təhsil sahəsinə də mümkün qədər nəzarətin təmin edilməsi, habelə xarici təsirlərin dini təhsillə bağlı proseslərdən kənar tutulması olduqca vacibdir".
Bunu açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini təhsil şöbəsinin müdiri, dinşünas Elnarə Kərimova deyib.
Onun sözlərinə görə, Azərbaycanın yerləşdiyi region, bu regionun həssaslığı, kənar təsirlərin mövcudluğu, eyni zamanda ölkəmizdəki dini durum, tarixən formalaşmış tolerantlıq ənənələri və burada mövcud olmuş məzhəblərarası münasibətlər dini təhsil sahəsinə ölkəmizin hərtərəfli təhlükəsizliyi prizmasından baxılmasını zəruri edir:
"Dövlət-din münasibətlərinin daha effektiv şəkildə tənzimlənməsi, dövlətin din siyasətinin uğurla həyata keçirilməsi, xarici dövlətlərin dini duruma təsirinin qarşısının alınması, dindarlar arasında və cəmiyyətdə müasir dünyagörüşünün təlqin edilməsi, eləcə də dünyəvi dövlətin əsaslarının düzgün təbliğ olunması üçün ixtisaslı dini kadrların hazırlanması ən vacib məsələlərdən biridir. Hazırda dini təhsilin keyfiyyətcə yeni mərhələyə qaldırılması ölkəmizin həm daxilə, həm də xaricə yönəlik məqsədlərinin reallaşdırılması üçün prioritet milli hədəf kimi qiymətləndirilə bilər.
2018-ci ildə Prezident İlham Əliyevin sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradıldıqdan sonra dini təhsil sahəsində yeni mərhələyə qədəm qoyuldu. Ötən müddət ərzində İnstitut formalaşma dövrü keçib və bu formalaşma dövründə artıq öz məzunlarını verib. Hətta məzunlarının bir qismi təyinat da alıb. Bütün bunlar onu göstərir ki, İlahiyyat İnstitutu etimadı və ona bəslənən ümidləri doğruldur və doğrultmaqda davam edir. İlahiyyat İnstitutunu digər universitet və institutlardan, digər ali təhsil müəssisələrindən fərqləndirən br meyar da onun kadr yetişdirməklə yanaşı, həm də cəmiyyətimizin maarifləndirilməsində iştirakıdır. Bu baxımdan hesab edirəm ki, İlahiyyat İnstitutunun qəzetinin, jurnalının olması, eyni zamanda internet televiziyasının olması çox önəmlidir. İnstitutda təhsil iki istiqamətdə islamşünaslıq və dinşünaslıq üzrə həyata keçirilir. Bakalavr pilləsində 289 (dinşünaslıq 137 və islamşünaslıq 152), magistraturada 11, doktoranturada 5 nəfər, dissertantura pilləsində 1 nəfər olmaqla 306 tələbə və peşə hazırlığı kursunda 50 tələbə təhsil alır. Həmçinin bakalavriat səviyyəsində 14 əcnəbi tələbə təhsil alır, onlardan 11-i Gürcüstandan, 3-ü Türkiyədəndir".
Elnarə Kərimova bildirib ki, dini orta ixtisas təhsili müəssisələrinə, yəni mədrəsə, İslam kolleclərinə gəlincə, hazırda ölkədə 5 dini orta ixtisas təhsil müəssisəsi - Lənkəran İslam Kolleci, Şəki İslam Kolleci, Əliabad İslam Kolleci, Zaqatala İslam Kolleci və Şəbnəm (qızlar) İslam Kolleci fəaliyyət göstərir:
""Dini etiqad azadlığı haqqında" qanuna əsasən, dini təhsil müəssisələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçməklə yanaşı, xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərməli və onlara qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən aparılmalıdır. Lakin Qafqaz Müsəlmanları İdarəsinin təsisçisi olduğu və Gənclərə Yardım Fondunun himayəsi altında fəaliyyət göstərən bu kolleclər lisenziya almadıqlarına görə oraya qəbul da Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmir. Bu da cari ildən həmin kolleclərə qəbul olan şəxslərin diplomlarının etibarsız hesab ediləcəyi deməkdir. Bununla bağlı həmin kolleclər artıq rəsmi olaraq məlumatlandırılıblar".
© APA / marja.az

Maraqlı     Tarix: 03 iyul 2023

Oxşar xəbərlər

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

Tullantılar necə biznesə çevrilir? "Tullantıların biznesi" kitabı NƏŞR OLUNDU

Dövlət idarəetməsi üzrə fəlsəfə doktoru (PhD) Ayaz Salmanovun müəllifi olduğu "Tullantıların biznesi: Dairəvi iqtisadiyyat və davamlı gələcək" adlı yeni kitab işıq üzü görüb. Təşəbbüslər və Layihələr Mərkəzini

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

İlon Maskın gələcəklə bağlı baxışı

İlon Mask öz etirafına görə, müasir dövrün Kassandrasıdır: o, gələcəyi bir çoxlarından daha yaxşı proqnozlaşdırır, lakin insanların ona inanmamasına məhkumdur. "İnsanlar anlamırlar ki, danışdığım hər şey gec-tez ba

Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?

Təsəvvür edin, ölkənin ÜDM-i artır, şirkətlər rekord mənfəət açıqlayır, amma sizin maaşınız demək olar ki, dəyişmir. Süni intellekt iqtisadiyyatı daha məhsuldar edə bilər. Amma məhsuldarlığın artması avtomatik olaraq insanları

Apple və Hindistan iPhone istehsalı üçün Çinə alternativ mərkəzi necə yaratdı

Hindistan hakimiyyəti ilə elektronika istehsalçıları arasında uzun illər davam edən əməkdaşlıq təchizat zəncirlərinin yenidən qurulmasına və Çindən asılılığın azalmasına imkan verib. Hər gün 150-dən çox ağ avtobus Çennayı

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama


iqtisadi xeberler bank faizleri bitcoin en son xeberler birbank