Bu ölkələrdə siqaret çəkənlərin sayı azalır? - SƏBƏB

Bu ölkələrdə siqaret çəkənlərin sayı azalır? - SƏBƏBMən bu şüarın Philip Morris International (PMI) şirkətini tərəfindən veriləcəyini gözləmirdim.
Süarı belə idi…
"Əgər siqaret çəkmirsinizsə, buna qətiyyən başlamayın; siqaret çəkirsinizsə, tərgidin; tərgitmək istəmirsinizsə, onu daha az zərərli alternativlə əvəz edin".
Şirkət dünyaca məşhur Marlboro siqaret markasına sahibdir. Amma getdikcə biznesini tüstüsüz məhsullar üzərində qurur. On il ərzində PMI, həmçinin, dünyanın bir nömrəli tüstüsüz tütün markası olan IQOS-u yaradıb. Bəs bu şüar gələcək biznesin inkişafına zidd deyilmi?
Gəlin 1997-ci ilə qayıdaq. O zaman BMT-nin Tütün və Sağlamlıq üzrə Əlaqələndiricisi bildirmişdi ki, tütün məhsullarının zərərli təsirini azaltmaq üçün bütün imkanlardan istifadə olunmalıdır. 2025-ci ildə isə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd etdi ki, nikotinin tənzimlənməsi ən zərərli nikotin məhsullarının – yəni siqaretlərin – istifadəsini minimuma endirməlidir. Bu gün az adam xatırlayır ki, ÜST əslində zərərli məhsulları əvəzləyəcək innovasiyaları dəstəkləmişdi.
Bu gün həmin innovativ məhsullar artıq bütün dünyada mövcuddur. Onlar insanları siqaret tüstüsü ilə müqayisədə daha az zərərli maddələrə məruz qoyur – bu isə texnologiya sahəsində böyük bir irəliləyişdir.
Dünya ölkələri tərəfindən siqaretə qarşı daim mübarizə aparılıb və bu mübarizə müxtəlif strategiyalarla həyata keçirilib. ÜST-nin 2024-cü il hesabatına əsasən dünyada təxminən 1,25 milyard yetkin insan tütün məhsullarından istifadə edir. Bu, 2022-ci ildən indiyədək 19 milyon azalma deməkdir. İlk dəfə olaraq belə bir əhəmiyyətli azalma müşahidə olunub.
Azalmalara hansı qadağa və qabaqlayıcı tədbirlər daha çox təsir edib?
Azalmanı əsasən dövlətlər tərəfindən siqaretə qarşı vergi və qiymət artımı, sponsorluqların yasaqlanması, maarfləndirmə kampaniyalarının keçirilməsi və digər qanunvericilik siyasətinin sərtləşdirilməsi ilə izah etmək olar. Həmçinin, azalmada dövlətlərin tətbiq etdiyi ən vacib alətlərdən biri də tüstüsüz alternativlərin təşviqi olub. Dünyanın bir çox aparıcı dövləti elektron siqaret və tütün qızdırma cihazlarını (IQOS) az zərərli alternativ kimi təqdim edirlər.
Dünyada siqaretin zərərinin azaldılması strategiyalarına marağın artdığı bir dövrdə dünyada tüstüsüz məhsullara maraq artır. Zərərin azaldılması təşəbbüsünə dəstək verən şirkətlərdən biri də PMI şirkətidir. PMI sözügedən sahədə öz strategiyasını uğurla tətbiq edən iri şirkətlərdən biridir.    
PMI-nin İsveçrə iqtisadiyyatındakı rolu
Göründüyü kimi tüstüsüz məhsullara diqqət yalnız istehlakçılar üçün deyil, iqtisadiyyatlar üçün də faydalıdır. PMI-nin İsveçrədə istehsal mərkəzi və qlobal əməliyyatlar mərkəzi var. Şirkət tüstüsüz gələcək üçün fəal şəkildə çalışan, beynəlxalq səviyyədə aparıcı istehlak malları şirkətidir və uzunmüddətli perspektivdə tütün və nikotin sektorundan kənar məhsulları da portfelinə daxil etməklə inkişaf edir. Hazırda şirkətin məhsul portfeli əsasən siqaretlərdən və tüstüsüz məhsullardan ibarətdir. İsveçrədə 60 illik fəaliyyəti ilə şirkət ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verib, ölkənin iqtisadi sabitliyinə və vergi gəlirlərinə müsbət təsir göstərib. Xüsusi ilə qeyd olunmalıdır ki, PMI-nin İsveçrədəki əməliyyat və tədqiqat mərkəzlərinin mövcudluğu ölkə iqtisadiyyatına və tütün sənayesinə əhəmiyyətli töhfə verir.
PMI-nin qlobal xalis gəliri 2024-cü ildə 37,9 milyard ABŞ dolları olub. Avropa regionu bu gəlirin 40,54%-ni təşkil edir ki, bu da təxminən 15,36 milyard ABŞ dollarına bərabərdir. Dünyada tüstüsüz məhsullar istehsal edən ilk fabriki açan şirkət kimi tarixə düşən PMI İtaliyanın Boloniya şəhərində yerləşən həmin fabrikə təkcə 2013–2020-ci illərdə 1,2 milyard avro investisiya yatırmışdı.
Şirkət son illərdə "tüstüsüz gələcək" strategiyası çərçivəsində siqaretlərə alternativlər, xüsusilə də qızdırılan tütün məhsulları (məsələn, IQOS) üzərində fokuslanmışdır. Şirkətin ölkənin əmək bazarında da təsiri qaçılmaz olub. Belə ki, PMI İsveçrədə1500-ə yaxın işçi çalışdırır və bu, ölkənin yüksək ixtisaslı işçi qüvvəsinin hazırlanmasına töhfə verir.
Bu ölkədə siqaret çəkənlərin sayı necə azaldı? Uğurlu İsveç təcrübəsi
PMI-nin qlobal missiyasında bildirildiyi kimi məqsəd nikotindən tamamilə imtina etmək istəməyənlərə alternativlər təklif etməkdir. Şirkətin İsveçdə bu sahədə həyata keçirdiyi uğurlu strategiyanı nümunəsindən irəli gələrək qeyd etmək olar ki, statistik göstəricilərə əsasən əvvəllər (2004-cü ildə) İsveçrə kişilərinin 16,5%-i daim siqaret çəkiblər. İsveç bazarında uzun illər snus kimi tüstüsüz məhsullar istifadə edilib. Hazırda İsveçdə siqaret çəkənlər daha az riskli məhsullardan -  qızdırılan tütün məhsulları və ağız yolu ilə qəbul edilən nikotin məhsulları kimi digər tüstüsüz alternativlərdən istifadə edir. Tüstüsüz məmulatlarının qəbul edilməsi sayəsində bu gün İsveçdə insanların cəmi 5,4%-i siqaret çəkir. Bu isə Avropa İttifaqı ölkələri arasında ən aşağı göstəricilərdən biridir.
Nəticə göstərir ki, İsveç ənənəvi siqaretlə mübarizədə təkcə qadağalar və maarifləndirmələrlə kifayətlənməyib, eyni zamanda zərərin azaldılması prinsipinə əsaslanaraq siqaret çəkən kütlə üçün aşağı riskli alternativ məhsulların istifadəsini təşviq edib. Bu məhsullar sırasına elektron siqaretlər, qızdırılan tütün məhsulları və ağız yolu ilə qəbul edilən nikotin məhsullar (məsələn, "snus" adlı məhsul) daxildir. Bu alternativlərin daha yaxşı tənzimlənməsi və nisbətən əlçatan olması insanları ənənəvi siqaretdən uzaqlaşdırmağa kömək edib. Və nəticədə yuxarıda qeyd etdiyimiz kimi 16,5 faizdən 5,4 faizədək azalan uğurlu göstəricini əldə ediblər.
Uğurlu Yaponiya təcrübəsi
PMI-nin Yaponiyadakı fəaliyyətini də uğurlu qiymətləndirmək olar. Xüsusilə gündoğan ölkəni tüstüsüz məhsullar sahəsində qlobal miqyasda uğurlu bir nümunə kimi qəbul edirlər. Şirkətin IQOS adlı qızdırılan tütün məhsulu Yaponiyada əhəmiyyətli bazar payı qazanaraq ənənəvi siqaret satışlarının azalmasına səbəb olub. Qeyd edək ki, şirkət Yaponiyada tüstüsüz məhsulların satışına 2014-cü ildə başlayıb. 2014-cü ildən 2023-cü ilə qədər ölkədə siqaretçəkmə halları 45% azalıb, siqaret satışının həcmi isə 2014-cü ildəki 186 milyard ədəd səviyyəsindən 2023-cü ildə 92 milyard ədədə düşüb.
PMI Yaponiyada tüstüsüz məhsullar sahəsində əldə etdiyi uğurlar ilə qlobal bazarda lider mövqeyini gücləndirmişdir. IQOS-un bazar payının artması, məhsul innovasiyaları və uyğun tənzimləyici mühit, şirkətin Yaponiyadakı strategiyasının effektivliyini göstərir. Bu təcrübə, digər ölkələrdə də tüstüsüz məhsulların tətbiqi və yayılması üçün nümunə ola bilər.
İri dövlətlər də alternativlərin daha az zərərli olduğunu təsdiq edir
Hazırda dünyada yanmayan, qızdırılan tütün məhsulları daha çox yayılıb. Hələ 2019-cu ildə ABŞ-nin Qida və Dərman Preparatları İdarəsi (FDA) PMI-nin aparıcı tüstüsüz tütün məhsulu olan IQOS-un əhalinin sağlamlığının qorunması baxımından əhəmiyyət kəsb etdiyini qeyd edib və onun ABŞ-də satışına icazə verib. Bundan başqa, FDA hərtərəfli elmi araşdırmalardan sonra 20 adda ZYN nikotin kisəciyinin satışına və marketinqinə də icazə verib.
Bəs bu tüstüsüz tütün məhsullarının adi siqaretə nisbətdə daha az zərərli olması necə izah edilir? Səbəb çox sadədir. Deməli, bu  məhsullar adi siqaretlərdən fərqli olaraq tütünü yandırmır, onu qızdırır və nəticədə tüstü deyil aerozol əmələ gəlir. Aparılmış müxtəlif tədqiqatlara əsasən belə aerozolda zərərli maddələrin səviyyəsi siqaret tüstüsündən 90-95% azdır.
Qeyd edək ki, tütün zərərinin azaldılması anlayışı inkişaf etmiş ölkələrdə geniş qəbul edilir və orada siqareti tərgitməyən insanlar daha az zərərli alternativlərə - yanmayan, lakin qızdırılan tütün məhsullarına, veyplərə və nikotin kisəciklərinə keçir. Tüstüsüz tütün məhsulları adlanan bu kateqoriya artıq dövlətlər və ictimaiyyət tərəfindən böyüklər arasında siqaret çəkmə ilə əlaqədar zərərin azaldılmasının effektiv üsulu kimi nəzərdən keçirilir.
Tüstüsüz məhsulların texnoloji inkişafına elmi yanaşma
Tüstüsüz məhsulların təkmilləşdirilməsinə iri həcmdə investisiya yatırımlarını davam etdirən PMI təkcə son 15 il ərzində texnologiyaların inkişafı, elmi tədqiqatların aparılması və istehsala 14 milyard dollardan çox ümumi investisiya yatırıb və bu rəqəm artmaqda davam edir.
Xüsusi ilə qeyd edilməlidir ki, İsveçrədə yerləşən Tədqiqat və İnkişaf Mərkəzi PMI-nin texnoloji yeniliklərinin əsasını təşkil edir. Şirkət tüstüsüz tütün məhsullarına keçid strategiyası çərçivəsində 2025-ci ilin I rübündə ümumi xalis gəlirinin 42%-ni bu kateqoriyadan əldə edib. Hazırda dünya üzrə şirkətin tüstüsüz məhsullarından yararlanan ümumi istifadəçilərinin təxmini sayı 38,5 milyon nəfərdir. Bu, adi bir rəqəm deyil. Siqaretə alternativ məhsullar bazara çıxdıqdan sonra 38,5 milyon insanın daha az zərərə məruz qalması, daha az riskli məhsuldan istifadə etməsi deməkdir.    
Ümumiyyətlə, gedişat göstərir ki, zərərin azaldılması istiqamətində elmi və innovativ yanaşmalar siqaret çəkmə problemində indiyədək görülən tədbirlərdən daha səmərəli olacaq. Bu sahəyə daha dərindən yanaşma siqaretdən ölüm hallarının 10 dəfə azalmasına gətirib çıxaracaq.
Dövlətlərin alternativlərlə bağlı müsbət qərarları siqaretin azalmasını sürətləndirə bilər
Təcrübə göstərir ki, ölkələrin innovasiyalara açıq olması və alternativ tüstüsüz məhsulların üstünlükləri haqqında cəmiyyəti düzgün məlumatlandırılması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan zərərin azaldılması bəşəriyyətin daha yaxşıya doğru yenilik etmək istəyi yalnız elmə əsaslanan texnoloji innovasiyalar, vətəndaş cəmiyyəti və dövlət orqanlarının dəstəyi vasitəsilə həyata keçirilir.
Getdikcə daha çox düşünən dövlətlər etiraf edirlər ki, tütünçəkmənin elmi cəhətdən əsaslandırılmış daha az zərərli alternativləri siqaretçəkmənin azalmasının sürətləndirilməsində rol oynaya bilər. Eyni ilə bu sahədə əldə olunan müsbət nəticələr əhalinin sağlamlığına və sosial-iqtisadi vəziyyətinə səmərə verə bilər.
Elnur Hüseynquluyev
Baş redaktor / fed.az

Biznes     Tarix: 26 may 2025

Oxşar xəbərlər

Biznesə aid ən yaxşı 10 kitab

İstər biznesimizi, istərsə də özümüzü inkişaf etdirməyiminizin ən yaxşı yolu öyrənmək və araşdırmaqdır. Daim yenilənlənən və inkişaf tələb edən biznes sahəsinin də ayaqda qalması üçün öyrənilməyə ehtiyacı var. Biznes sahəsin

TuranBank "Yaşıl ASAN" proqramı çərçivəsində ekoloji layihəni uğurla başa vurub

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC "ASAN Könüllüləri"nin "Yaşıl ASAN" ekoloji proqramı çərçivəsində kağız tullantılarının toplanması və onların təkrar emalına yönəlmiş ekoloji layihən

"Azərbaycanda biznesin 99%-ni KOB-lar təşkil edir"

Azərbaycanda kiçik və orta biznes (KOB) iqtisadiyyatın bel sütunudur, bütün biznesin 99%-ni təşkil edir. xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətini

Şirkətlərin iflasının dövlət qeydiyyatına alınması qaydası müəyyənləşir

Hüquqi şəxsin iflas prosesində olmasının dövlət qeydiyyatına alınması qaydası müəyyənləşir. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlə

Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?

Onlayn mağazalar artıq günümüzün əsas hissəsinə çevrilib. Hər gün demək olar ki, istə ərzaq, istərsə də qeyri-qida məhsulları üçün onlayn mağazalara üz tuturuq. Hər zaman istifadə etməyimizə baxmayaraq, onlayn mağazalard

Biznes təlimlər və tədris üsulları

Biznes təlimləri biznesin müxtəlif aspektləri, o cümlədən qaydalar, qabaqcıl təcrübələr və uğur üçün zəruri bacarıqlar haqqında biliklərin inkişaf etdirilməsini əhatə edir. İş dünyası haqqında öyrənmək üçün bir neçə yanaşm

TEMU-ya xəbərdarlıq edildi

Türkiyə bazarında fəaliyyət göstərən xarici e-ticarət platformaları istehlakçıların qorunması məqsədilə bir sıra hüquqi öhdəlikləri yerinə yetirməlidir. . "Shein" və "Temu" artıq rüsum ödəyir: Birləşmi

Shopify-da necə satışa başlamaq olar?

Shopify-da öz mağazanızı açmaq üçün sadəcə 8 etaplı qeydiyyatı tamamlasanız, bəs edir. Shopify sizə təqdim etdiyi xidmət infrastrukturu ilə tanış olmaq üçün 14 günlük ödənişsiz sınaq müddəti verir. İstəyirsinizsə, mağazanız

"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı  keçiriləcək

 30 iyun 2025-ci il tarixdə, saat 10-00 da "Taleh" ASC Səhmdarlarının növbəti ümumi yığıncağı  keçiriləcək. xəbər verir ki, yığıncaq İmişli şəhəri, Heydər Əliyev prospekti 1. ünvanında baş tutacaq. Səhmdarları


iqtisadi xeberler internetden pul qazanmaq biznes ideyalari bitcoin qiymeti kripto