Bu pullarda heyvan və quşların şəkilləri olacaq
İngiltərə Bankı ölkədə yeni banknot seriyasının buraxılışına hazırlaşır.
Banker.az "BBC"yə istinadən xəbər verir ki, yeni pulların üzərində Uinston Çörçill və yaxud Ceyn Ostin kimi tarixi şəxsiyyətlərin təsvirlərinin əvəzinə, nadir heyvan və quş növlərinin şəkilləri yer alacaq.
Ekspertlərin fikrincə, pulların üzərində quş və heyvan təsvirlərini saxtalaşdırmaq daha çətindir. Yaxın zamanlarda vəhşi təbiət üzrə mütəxəssislər Böyük Britaniyada yaşayan nadir heyvan və quşların siyahısını tərtib edəcək.
Qeyd edək ki, 1960-cı ildən İngiltərə Bankının banknotlarında monarxların təsvirləri yer almağa başlayıb. 1970-ci ildən isə pulların üzərində tarixi şəxsiyyətlərin fotoları yerləşdirilib. Hazırda dövriyyədə üzərində Uinston Çörçill, Ceyn Ostin, Cozef Terner və Alan Türinqin təsvirləri olan banknotlar var.

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Green Card nədir və onu necə əldə etmək olar?
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət