"Bütün vücudlar danışır" layihəsinin illik yekun tədbiri keçirilib
®"Dance Ability Azərbaycan" İnklüziv Rəqs Şirkətinin təşkilatçılığı, Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın tərəfdaşlığı ilə reallaşan "Bütün vücudlar danışır" layihəsinin bir illik fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
Nizami Kino Mərkəzində keçirilən tədbirdə son bir ildə görülən işlər təqdim olunub, inklüziv rəqs nömrəsi göstərilib, həmçinin layihənin bir ilini əhatə edən sənədli film nümayiş etdirilib.
"Bütün vücudlar danışır" layihəsinin məqsədi cəmiyyətin müxtəlif qruplarını – həm əlilliyi olan, həm də olmayan insanları bir araya gətirərək onların fiziki və emosional rifahını yaxşılaşdırmaq, dostluq və ünsiyyət üçün imkanlar yaratmaq, eləcə də inklüzivliyi gücləndirməkdir. Bununla yanaşı, layihə əlillik mövzusunda ictimai məlumatlılığın artırılmasına da töhfə verir. Ötən il ərzində layihəyə ümumilikdə 587 nəfər qatılıb. Onların 396-sı əlilliyi olan, 191-i isə əlilliyi olmayan şəxslərdir.
Xatırladaq ki, 3 noyabr 2025-ci il tarixindən etibarən "Bütün vücudlar danışır" layihəsinin növbəti mərhələsinə start veriləcək.
Qeyd edək ki, "Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün saytına daxil ola bilərsiniz. / banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Necə Bitcoin almaq olar?
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyada ən çox oxunan 5 kitab
McDonalds haqqında maraqlı faktlar