Daha bir Bankın maliyyə vəziyyəti məlum oldu - MƏNFƏƏTİ KƏSKİN ARTIB

Daha bir Bankın maliyyə vəziyyəti məlum oldu - MƏNFƏƏTİ KƏSKİN ARTIB"Yapı Kredi Bank Azərbaycan" QSC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 3 milyon 604 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 1 milyon 361 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 2 milyon 243 min manat və ya 2,6 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır. 
Marja.az xəbər verir ki, "Yapı Kredi Bank Azərbaycan"ın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 5 milyon 3 min manat və ya  41,3% artaraq 17 milyon 124 min manat, qeyri-faiz gəlirləri isə 951 min manat və ya 11,3% artaraq 9 milyon 332 min manat  təşkil edib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
2023-cü ilin ilk 1-ci yarısında  "Yapı Kredi Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 26 milyon 456 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 19 milyon 344 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 7 milyon 112 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan ehtiyatlara 2 milyon 276 min manat ayırıb və 1 milyon 230 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 1-ci yarısında "Yapı Kredi Bank Azərbaycan"ın əməliyyat mənfəəti 4 milyon 488 min manat təşkil etmişdi.Beləlikl, bankın xalis mənfəətinin artması ehtiyat hesabına deyil, əməliyyat gəlirlərindən qaynaqlanır.
 KREDİT PORTFELİ BÖYÜYÜB
"Yapı Kredi Bank Azərbaycan"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə ilk 6 ayda 10,8% azalaraq 30 iyun 2023-cü il tarixində 429 milyon 849 min manat təşkil edib. Qeyd edək ki, Bankın aktivlərinin azalması "nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait" bəndi üzrə azalma ilə əlaqədardır.
2023-cü ilin yanvar-iyun dövründə Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 6% və ya 14 milyon 335 min manat artaraq 251 milyon 279 min manata çatıb. "Yapı Kredi Bank Azərbaycan"ın istehlak kreditləri portfeli 6 milyon 856 min manat artaraq 52 milyon 163 min manata, biznes kreditləri portfeli 1 milyon 790 min manat artaraq 170 milyon 955 min manata, ipoteka kreditləri portfeli 5 milyon 690 min manat artaraq 28 milyon 161 min manata yüksəlib.
FİZİKİ ŞƏXSLƏRİN DEPOZİTLƏRİ ARTIB
"Yapı Kredi Bank Azərbaycan"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 16,7% azalaraq 303 milyon 203 manata düşüb. O cümlədən, fiziki şəxslərin depozitləri 3,7% aratarq 83 milyon 703 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 22,5% azlaraq 219 milyon 501 min manata  geriləyib.
30 İyun 2023-cü il tarixində "Yapı Kredi Bank Azərbaycan" 79 milyon 537 min manat məcmu kapitala malik olub.
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin nizamnamə kapitalının 99.8%-i "YapıKredi Bank AŞ"yə, 0,1%-i "Yapı ve Kredi Yatırım Menkul Değerler A.Ş"yə, 0,1%-i "Yapı Kredi Finansal Kıralama A.O"ya məxsusdur.
Daha bir Bankın maliyyə vəziyyəti məlum oldu - MƏNFƏƏTİ KƏSKİN ARTIBDaha bir Bankın maliyyə vəziyyəti məlum oldu - MƏNFƏƏTİ KƏSKİN ARTIBDaha bir Bankın maliyyə vəziyyəti məlum oldu - MƏNFƏƏTİ KƏSKİN ARTIB

Banklar     Tarix: 24 iyul 2023

Oxşar xəbərlər

Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb

Bir ekosistemi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Arzumuz var!" təqaüd proqramına dəstək verməyə davam edir. Proqramın məqsədi Bakı və bölgələrdən olan qızların al

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®

"Yapı Kredi Bank Azərbaycan" QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir. Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə "Yap

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb. Bu barədə sorğusuna cavab olaraq qurumdan bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, hazırda 41 102 fizik

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

Türk İnkişaf Bankı yaradıla bilər

Türk dövlətləri üçün ortaq İnkişaf Bankının layihəsi hazırlanıb. xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, paytaxt Ankaradan millə

"PAŞA Bank"ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb

"PAŞA Bank"ın səhmdarlarının sayı bankın keçirdiyi ilkin kütləvi təklifdən (IPO) sonra 18 minə yaxınlaşıb. xəbər verir ki, bu barədə bankın 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrinin təqdimatı zaman

Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib

Azərbaycan Mərkəzi Bankında (AMB) "Bazar davranışlarının tənzimlənməsi departamenti"nin adı dəyişdirilərək "Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti" olub. xəbər verir ki, yeni Əsasnam

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v


iqtisadi xeberler pul qazanmaq dollar məzənnəsi 1000 manatla biznes kripto