Daşınmaz əmlakın icbari sığortasında yığımlar 38% azalıb, ödənişlər 66% artıb
Daşınmaz əmlakın icbari sığortasında 2026-cı ilin yanvar-avqust aylarında kəskin əks istiqamətli dinamika qeydə alınıb.
Marja.az Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, bu sığorta növü üzrə ödənişlər 1 milyon 784,4 min manatdan 2 milyon 955,5 min manata yüksəlib.
Artım 1 milyon 171,2 min manat və ya 65,6% təşkil edib.
Sığorta haqları isə əksinə, 63 milyon 319,1 min manatdan 39 milyon 303,2 min manata düşüb. Yığımlarda 24 milyon 16 min manat və ya 37,9% azalma baş verib.
Nəticədə ödənişlərin yığımlara nisbəti 2025-ci ilin ilk 8 ayındakı 2,8%-dən 2026-cı ildə 7,5%-ə yüksəlib.
Beləliklə, bu sığorta növündə yığımların kəskin azalması ilə yanaşı ödənişlərin əhəmiyyətli artması müşahidə edilib.
Əmlakın istismarı üzrə məsuliyyət sığortasında ödənişlər 33% artıb
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə yığımlar azalsa da, ödənişlərin həcmi artıb.
2026-cı ilin yanvar-avqustunda bu sığorta növü üzrə 72,4 min manat ödəniş həyata keçirilib.
2025-ci ilin eyni dövründə ödənişlərin həcmi 54,5 min manat olmuşdu. Artım 17,9 min manat və ya 32,8% təşkil edib.
Sığorta haqları isə 876,5 min manatdan 663,7 min manata düşərək 24,3% azalıb. Nəticədə ödənişlərin yığımlara nisbəti 6,2%-dən 10,9%-ə yüksəlib.

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
BOKT İsmayıllıda filialını açır
Startup nədir və necə olur?
IBAN nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Fond birjası nədir?
Kriptovalyuta nədir və necə alınır?