"Depozit gəlirinə vergi güzəşti kiçikməbləğli və uzunmüddətli əmanətlərin sayını artırıb"
Bu ilin əvvəlindən Azərbaycanda aylıq depozit gəlirlərinin 200 manata qədər hissəsinin vergidən azad edilməsi kiçikməbləğli və uzunmüddətli əmanətlərin sayını artırıb.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, yanvar-sentyabr aylarında milli valyutada 30 min manata qədər əmanətlərin sayı 36% artıb, müddəti 1 ildən çox əmanətlərin xüsusi çəkisi isə 48,8%-dən 56%-ə çatıb. Həm qeyd edilən dəyişiklik, həm də pul siyasəti sahəsində aparılan islahatlar bank sektoruna olan inama müsbət təsir edib".
Bundan başqa, sədr deyib ki, bu il də əhalinin və biznesin maliyyəyə çıxış imkanlarının artırılması xüsusi diqqətdə saxlanılıb: "10 ayda bank sektorunun kredit portfeli 16,8%, o cümlədən biznes krediti portfeli 15,9% artıb. Hazırda biznes kreditlərinin ümumi kreditlərdə payı 54%-i üstələyir". / banker.az

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
Milyonlar qazandıran qəribə biznes ideyaları
Birbank xidmətinə necə qoşulmaq olar?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?