Deutsche Bank-dan FED-in faizləri ilə bağlı PROQNOZ
Gələn ilin ilk yarısında ABŞ-da mülayim tənəzzül baş verəcəyi üçün ABŞ Mərkəzi Bankı (FED) uçot dərəcəsini bazarların hazırda ehtimal etdiyindən daha kəskin azaldacaq.
Marja.az xəbər verir ki, bunu Deutsche Bank-ın iqtisadçıları proqnozlaşdırıblar.
Deutsche Bank iqtisadçıları faiz dərəcələrinin azaldılmasının 2024-cü ildə 1,75 faiz bəndi olacağını proqnozlaşdırıblar.
FED-in faiz dərəcəsi hazırda 5,25 faiz-5,50 faiz aralığındadır. Əgər Deutsche Bank iqtisadçılarının proqnozu özünü doğruldarsa FED-in faizləri 3,5 faiz-3,75 faiz aralığına enəcək.
Deutsche Bank-ın yüksək səviyyəli meneceri Brett Ryan, Deutsche Bank-ın 2024-cü ilin birinci yarısında ABŞ-da mənfi iqtisadi artım gözlədiyini bildirib. Bu da işsizlik səviyyəsinin hazırkı 3,9 faizdən gələn ilin ortalarında 4,6 faizə qədər yüksəlməsinə səbəb olacaq.
Deutsche Bank, FED-in 2024-cü ilin iyununda keçiriləcək iclasında faizlərində ilkin 0,50 bənd, ardınca isə ilin qalan hissəsində əlavə 1,25 bəndi endirim gözləyir.
FED-in 2022-ci ilin mart ayından etibarən faiz dərəcələrini 5,25 baza bəndi artırmasına baxmayaraq, ABŞ iqtisadiyyatında tənəzzül baş verməyib.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
McDonalds haqqında maraqlı faktlar
ƏDV geri al və onun üstünlükləri
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Necə Bitcoin almaq olar?
Biznes plan necə yazılır?