Dolu arpa sahəsinə zərər vurdu, 24 min manat sığorta ödənişi aldı
Aqrar Sığorta Fondu tərəfindən Ağsu və İsmayıllı rayonlarında müxtəlif hadisələr nəticəsində baş vermiş zərərlərə görə ödənişlər həyata keçirilib.
Ağsu rayonunun Kəndoba kəndində fermer Bəhruz Nəbiyevə arpa əkini sahəsinə dolu yağıntısı nəticəsində dəymiş zərərə görə 24 min 41 manat sığorta ödənişi edilib. Eyni zamanda rayonun Abasxanlı kəndində eyni səbəbdən buğda sahəsinə dəymiş zərərə görə fermer Rasim Məmmədov 2 297 manat sığorta ödənilib.
İsmayıllı rayonunda da təbiət hadisələrindən zərər çəkmiş sahələr üzrə sığorta ödənişləri davam edir. Rayonun Qubaxəlilli kəndində arpa sahəsinin bir hissəsi quşların hücumu nəticəsində məhv olduğuna görə fermer Nurəddin Əsədova 3 163 manat sığorta ödənişi edilib.
Qeyd edək ki, Azərbaycanda aqrar sığorta mexanizmi dövlət dəstəyi ilə həyata keçirilir. Meyvə bağları, əkin sahələri, iri və xırdabuynuzlu heyvanları sığortalamaq üçün Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə və Fondun bölgələrdəki filiallarına müraciət etmək lazımdır.
Təklif olunan sığorta zərfləri, təminat verilən risklər barədə ətraflı məlumatı asf.gov.az rəsmi vebsaytından almaq olar. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
McDonalds haqqında maraqlı faktlar
Kriptovalyuta nədir və necə alınır?
Bitcoin nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Kriptovalyuta nədir?