Dövlət ABB-nin əsas səhmdarı kimi qalacaq - BANKDAN AÇIQLAMA
"ABB-yə özəl investisiyaların cəlb edilməsi son illər Bankda gedən inkişaf proseslərini daha da sürətləndirəcək".
"Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin 31 avqust 2023-cü il tarixli Sərəncamı barədə medianın suallarını cavablandırarkən ABB-nin mətbuat xidmətindən belə bildirilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Qeyd edilib ki, Azərbaycan dövlətinin Bankın əsas böyük səhmdarı kimi qalması, dövlətin iştirak payının kiçik həcmlərdə azaldılması vasitəsilə özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulur. Azərbaycan vətəndaşlarının dövlət müəssisələrinin idarə edilməsində iştirakının genişləndirilməsi, qiymətli kağızlar bazarının inkişafı və alternativ investisiya imkanlarının yaradılması məqsədilə Banka iri özəl investorların deyil, minoritar səhmdarların cəlb olunmasına üstünlük veriləcək.
Mətbuat xidmətindən o da bildirilib ki, ötən bir neçə il ərzində ABB-nin kapital mövqeyinin gücləndirilməsi, fəaliyyətinin səmərəliliyi, müasir korporativ standartlara uyğun idarə edilməsi, rəqəmsallaşdırılması, kredit, risk, kadr siyasətinin təkmilləşdirilməsi, xidmət şəbəkəsinin inkişafı istiqamətində bir sıra layihələr həyata keçirilib və mühüm nəticələr əldə olunub. ABB inkişaf layihələrini bu gün də uğurla davam etdirməkdədir.
Dövlət müəssisələrinə özəl investisiyaların cəlbi ABB-nin son dövrlər yeni biznes istiqaməti kimi fəal şəkildə daxil olduğu qiymətli kağızlar bazarının inkişafına yol açacaq. Bankın idarə edilməsində vətəndaşların iştirakını genişləndirəcək və korporativ idarəetmənin tətbiqini şaxələndirəcək: "Bütün bunlar yeni strateji dövrdə ABB-nin öz hədəflərinə çatması üçün əlavə imkanlar yaradacaq" – mətbuat xidmətinin açıqlamasında qeyd edilib. / marja.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes nədir və hansı növləri var?
İnstaqramda biznes qurmağın yolları
ƏDV geri al və onun üstünlükləri
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt