Dövlət Vergi Xidməti şikayətlərə daha keyfiyyətli baxacaq

Dövlət Vergi Xidməti şikayətlərə daha keyfiyyətli baxacaqİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan") birgə təşkilatçılığı ilə "Vergi şəffaflığı: nailiyyətlər və çağırışlar" mövzusunda birgə vergi konfransı keçirilib. Vergi qanunvericiliyi və inzibatçılığı sahəsində həyata keçirilən islahatlar, "kölgə iqtisadiyyatı" ilə mübarizə, şəffaflığa əməl edilməsi istiqamətində balansın qorunması kimi mövzulara həsr olunmuş konfransda "AmCham Azərbaycan"a üzv şirkətlərin 100-dən çox nümayəndəsi iştirak edib.
Tədbiri açan "AmCham Azərbaycan"ın icraçı direktoru Gülnarə Aslanbəyli ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə təsadüf edən 8-ci birgə vergi konfransının dövlət - biznes dialoqu, qarşılıqlı etimadın artırılması və ictimai əməkdaşlığın müzakirəsinə mühüm töhfə verdiyini qeyd edib. Bildirib ki, DVX və "AmCham Azərbaycan" arasında işgüzar əməkdaşlıq mühiti və səmərəli münasibətlər mövcuddur. 
"AmCham"ın Vergi və gömrük komitəsinin sədri Nərmin Aslanova Vergi Məcəlləsində ediləcək dəyişikliklərlə bağlı bu günlərdə Palatanın üzvləri ilə geniş müzakirənin aparıldığını vurğulayıb və mövcud pozitiv dialoqun qarşılıqlı etimada gətirdiyini qeyd edib.
"AmCham Azərbaycan"ın 1-ci vitse-prezidenti İlqar Mehti dövlətin və biznesin qarşısında duran vəzifələrin artdığını bildirib, bu kimi görüşlərdə aparılan müzakirələrin təşkilat tərəfindən hazırlanan "Ağ sənəd"in formalaşdırılmasında əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, biznes vergi siyasətinin yumşaq və ya sərt deyil, balanslı olmasının tərəfdarıdır.
Tədbirdə iştirak edən Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli "AmCham Azərbaycan"la olan səmərəli işgüzar münasibətləri yüksək qiymətləndirdiyini bildirib. Təşkilat tərəfindən hazırlanan "Ağ sənəd"də vergilərlə bağlı qaldırılan məsələlərin əhəmiyyətini qeyd edən DVX rəisi sonuncu hesabatda vurğulanmış bir sıra məsələlərin artıq həll olunduğunu diqqətə çatdırırb. 
Tədbir iştirakçılarına Dövlət Vergi Xidmətində aparılan struktur dəyişikliklərinə toxunan O.Nəzərli vergi ödəyicilərinin risklərinin təhlili və onun monitorinqi ilə bağlı yeni struktur yaradıldığını, Ombudsman aparatının təsis olunduğunu qeyd edərək, bunun növbəti dövrdə müraciət və şikayətlərə daha keyfiyyətli baxmaq imkanı yaradacağına əminliyini ifadə edib. Bildirib ki, DVX-nin mövcud strukturu vergi ödəyicisi təsnifatı və ərazi prinsipi üzrə qurulub. Növbəti mərhələdə isə qurum funksional sahə üzrə idarəetmə prinsipinə keçəcək ki, bu da vergi siyasətini və inzibatçılığını vahid bir şəkildə idarə etməyə, fiskal orqanla vergi ödəyiciləri arasında daha şəffaf münasibətlərin formalaşmasına imkan yaradacaq.
Fiskal sahədə şəffaflıq indikatorlarında müsbət nəticələrin olduğunu, vergi daxilolmalarının nominal artım tempinin ÜDM-nin nominal artım tempini 7,7 faiz üstələdiyini deyən O.Nəzərli dövlətin iqtisadiyyatın böyüməsində, sahibkarların güclənməsində və dayanıqlı gəlirlər sisteminin formalaşmasında maraqlı olduğunu vurğulayıb. Xüsusilə də mikro sahibkarlıq subyektlərinin kiçiyə, kiçikdən ortaya çevrilməsinin iqtisadiyyatda keyfiyyət dəyişikliklərini daha da artıra biləcəyini qeyd edib və vergi siyasətinin bu prosesi dəstəkləyəcəyini diqqətə çatdırıb. DVX rəisi vergi siyasətində gözlənilən dəyişikliklər, ayrı-ayrı seqmentlərdə vergi təşviqinin, haqsız rəqabətin aradan qaldırılması üçün vergi alətlərinin tətbiqinin davam etdiriləcəyini vurğulayıb, vergi inzibatçılığında sahibkarlıq subyektlərini gözləyən müsbət yanaşmalar barədə məlumat verib.
"Deloitte Azərbaycan" şirkətinin idarəedici partnyoru Nuran Kərimov "kölgə iqtisadiyyatı"nın azaldılması istiqamətində ciddi dəyişikliklər müşahidə edildiyini bildirib. Sahibkarlıq subyektləri üçün açıq reyestr çıxışı olan məlumat bazasının yaradılmasının kontragentlərin seçilməsi prosesinə töhfə verə biləcəyi, vergi və kapitala amnistiyanın şəffaflığın davamlı olmasına mümkün müsbət təsirləri, gələcəkdə ümumbəyannamə sisteminə keçid imkanlarının qiymətləndirilməsinin vacibliyi vurğulanıb.
Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov növbəti ilin büdcə-vergi siyasəti çərçivəsində Vergi Məcəlləsində nəzərdə tutulmuş dəyişikliklərin istiqamətləri barədə məlumat verib. Qeyd edib ki, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi nəzarəti mexanizminin və vergi inzibatçılığının təkmilləşdirilməsi əsas prioritet istiqamətlərdir. Vergi siyasətinin hədəfləri yenə də biznesin təşviqi, vergi yükünün optimallaşdırılması və risklərin minimallaşdırılmasıdır. N.İmanov bir çox dəyişikliklərin sahibkarlıq subyektləri ilə keçirilən görüşlərdə geniş müzakirə olunduğunu diqqətə çatdırıb.
"Oba" Marketlər Şəbəkəsinin direktoru Natəvan İbrahimova "Modern retail"in inkişafının vergi islahatlarının tətbiqində rolu; "EY Azərbaycan" şirkətinin vergi partnyoru Arzu Hacıyeva iqtisadi əməliyyatlarda şəffaflığın təmin olunması, bu sahədə mövcud imkanlar və çətinliklər, həmçinin riskli vergi ödəyiciləri ilə bağlı yanaşmalar; "NEQSOL Holding Azərbaycan" şirkətinin vergi üzrə qrup rəhbəri Rəşad Abbasov vergi şəffaflığı və vergi əməletməsində balansın qorunması zərurəti və vergi təşviqləri; "PWC Azərbaycan"ın vergi direktoru Günel Sadiyeva vergi ödəyiciləri arasında keçirilmiş sorğuların nəticələri əsasında şəffaflığın artırılmasında etimadın rolu barədə çıxış ediblər.
Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin rəisi Elşən Rəhimli "kölgə iqtisadiyyatı"nın azalması istiqamətində əldə olunan nailiyyətlər barədə danışıb, iqtisadiyyatda şəffaflaşma indikatorları üzrə müşahidə olunan göstəricilər, qeyri-neft sektorunda nominal artım templəri, dövriyyələrin səviyyəsində, eləcə də aktiv vergi ödəyicilərinin və əmək müqavilələrinin sayında artım dinamikasını vurğulayıb. Bildirib ki, 2023-cü ilin yanvar-avqust ayları ərzində könüllü əməletmənin səviyyəsi ümumi daxilolmalarda 95 faizdən çox olub. 
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli təqdimatlarda və çıxışlarda səsləndirilmiş təklif və qaldırılmış məsələlərə münasibət bildirib, DVX-nin bununla bağlı ümumi baxış kontekstini açıqlayıb. 
Sonda DVX-nin rəis müavini Samirə Musayeva "AmCham Azərbaycan"ın üzvləri tərəfindən səsləndirilmiş çoxsaylı suallara aydınlıq gətirib, biznes üçün nəzərdə tutulan bir sıra müsbət yanaşmalar barədə məlumat verib. 
Dövlət Vergi Xidməti şikayətlərə daha keyfiyyətli baxacaqDövlət Vergi Xidməti şikayətlərə daha keyfiyyətli baxacaq/ marja.az

Maliyyə     Tarix: 27 oktyabr 2023

Oxşar xəbərlər

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət


iqtisadi xeberler biznes krediti investisiya bu gunun xeberleri pul qazanmaq