Dövlət Vergi Xidməti üçün plan 1,1 milyard manatdan çox artırılır

Dövlət Vergi Xidməti üçün plan 1,1 milyard manatdan çox artırılır2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəriciləri açıqlanıb.
Marja.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. 
2024-cü ildə dövlət büdcəsinin gəlirləri 33 milyard 765,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü ilin dürüstləşdirilmiş göstəricisi ilə müqayisədə 125,5 milyon manat və yaxud 0,4 faiz az, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə 3 milyard 85,4 milyon manat və yaxud 10,1 faiz çoxdur. Növbəti ildə dövlət büdcəsinin xərcləri 2023-cü ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 269,8 milyon manat və ya 0,7 faiz azalma ilə 36 milyard 355,0 milyon manat proqnozlaşdırılır ki, bu da, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə 4 milyard 290,4 milyon manat və yaxud 13,4 faiz çoxdur.
2024-cü ildə dövlət büdcəsinin kəsiri 2023-cü ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 144,3 milyon manat və ya 5,3 faiz az olmaqla 2 milyard 590 milyon manat (ÜDM-də xüsusi çəkisi 2023-cü illə müqayisədə 0,1 faiz-bənd az olmaqla 2,2 faiz) proqnozlaşdırılır.
Gəlirlər necə təmin olunacaq?
2024-cü ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 41,1 faizini və ya 13 milyard 865,0 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin dürüstləşdirilmiş proqnozundan 1 milyard 122,0 milyon manat və ya 7,5 faiz, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1 milyard 678,0 milyon manat və ya 10,8 faiz azdır. Bununla yanaşı, növbəti ildə dövlət büdcəsi gəlirlərinin 12 milyard 781,0 milyon manatı və ya 37,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 5 milyard 900 milyon manatı və ya 17,5 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 831 milyon manatı və ya 2,5 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 388  milyon manatı və ya 1,2 faizi isə sair gəlirlərin payına düşür.
2024-cü ildə neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 76,3 faizini və ya 12 milyard 781,0 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 23,7 faizini və ya 3 milyard 975,0 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. Növbəti ildə qeyri-neft/qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 58,1 faizini vergi orqanlarının xətti ilə daxilolmalar, 34,7 faizini gömrük orqanlarının xətti ilə daxilolmalar, 4,9 faizini büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən büdcədənkənar fondlara daxilolmalar, 2,3 faizini sair gəlirlər təşkil edəcəkdir.
2024-cü il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 71,3 faizi və ya 9 milyard 890 milyon manatı qeyri-neft sektorunun, 28,7 faizi və ya 3 milyard 975 milyon manatı neft sektorunun payına düşür. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar ÜDM-in 5,0 faizi həcmində olmaqla 5 milyard 900 milyon manat nəzərdə tutulur ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 172 milyon manat və ya 3,0 faiz, 2022-ci ilin faktı ilə müqayisədə 245,4 milyon manat və ya 4,3 faiz çoxdur. 
Necə xərclənəcək?
Funksional təsnifat üzrə 2024-cü ildə iqtisadi fəaliyyət xərclərinə 7 milyard 380  milyon manat (xüsusi çəkisi 20,3 faiz), ümumi dövlət xidmətləri üzrə xərclərinə 4 milyard 814,9 milyon manat (xüsusi çəkisi 13,2 faiz), müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 6 milyard 421 milyon manat (xüsusi çəkisi 17,7 faiz), səhiyyə xərclərinə 1 milyard 871,3 milyon manat (xüsusi çəkisi 5,2 faiz), sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4 milyard 542,2 milyon manat (xüsusi çəkisi 12,5 faiz), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə 2 milyard 956,7 milyon manat (xüsusi çəkisi 8,1 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 5 milyard 74,8 milyon manat (xüsusi çəkisi 1,6 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərinə 1 milyard 392,7 milyon manat (xüsusi çəkisi 3,8 faiz), mənzil və kommunal təsərrüfatı üzrə xərclərinə isə 364,8 milyon manat (xüsusi çəkisi 1,0 faiz) vəsait yönəldilməsi proqnozlaşdırılır.

Maliyyə     Tarix: 22 sentyabr 2023

Oxşar xəbərlər

İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb

2026-cı ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 825,3 milyon manatdan çox vergi daxil olub ki, bu da proqnoza nisbətən 130,3 milyon manat çoxdur

"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"

ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) enerji qiymətlərində orta səviyyəli və ya uzunmüddətli şok baş verəcəyi halda faiz dərəcələrinin artırılmasına daha meyilli siyasət yürüdə bilər. Marja xəbər verir ki

Şəkər ixracı 4 dəfədən çox artıb

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan 57 min 869,17 ton şəkər ixrac edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 13 min 667,64 ton təşkil etmişdi. Beləliklə, şəkər ixracının həcmi illik müqayisədə 44 min 201,5

Azərbaycan iqtisadiyyatı 0,3 faiz azalıb

Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-mart aylarında Ümumi Daxili Məhsul istehsalı barədə məlumat açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-mart aylarında ölkədə 29 milyard 703,2 milyon manatlıq və ya əvvəlk

"Prime Cotton" şirkətinin ixracı 2 dəfəyə yaxın artıb

2026-cı ilin ilk rübündə pambıq istehsalçısı "Prime Cotton" MMC-nin ixracının cəmi dəyəri 43,2 milyon ABŞ dolları təşkil edib. -ın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxra

Sement ixracı azalıb

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan 220 min 57,54 ton sement (hazır və ya klinker formasında) ixrac edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 262 min 21,59 ton təşkil etmişdi. Beləliklə, sement ixracını

Avstraliya Mərkəzi Bankı faizini üçüncü dəfə artırdı

Avstraliya Mərkəzi Bankı (RBA), inflyasiyanın inadkar şəkildə yüksək səviyyədə qalmasını nəzarət altına almaq məqsədilə pul siyasəti faizini ardıcıl üçüncü iclasda artıraraq 4,1%-dən 4,35%-ə yüksəltdib. Marja xəbər veri

İxracdan ən çox pul qazanan özəl Azərbaycan şirkətləri - SİYAHI

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı il üçün mart sayını təqdim edib. . İcmala əsasən, 2026-cı ilin yanvar - fevral ayı üzrə hazırlanmış qeyri-dövlət ixracatç

2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illəri əhatə edən Ortamüddətli büdcə çərçivəsi Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib. Ortamüddətli büdcə çərçivəsi Azərbaycan Respublikas


iqtisadi xeberler kripto bitcoin birbank pul qazanmaq