Dövlət xaricdə təhsil alacaq hər bir təbələ üzrə 51 min manat xərcləyəcək

Dövlət xaricdə təhsil alacaq hər bir təbələ üzrə 51 min manat xərcləyəcək"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı" üzrə 2023-cü ildə təhsil alacaq hər bir təbələ üzrə orta illik xərc 51 min manat proqnozlaşdırılır.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Qeyd edilib ki, cari ildən maliyyələşdirilməsi nəzərdə tutulmuş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı" üzrə xərclər növbəti ildən təqribən 2,1 dəfə artırılmışdır ki, bu da Dövlət Proqramı çərçivəsində növbəti il daha çox gəncin dövlət proqramının imkanlarından istifadə etməsinə şəraitin yaradılması ilə əlaqədardır.
"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı" xərc maddəsi üzrə 2023-cü ildə 36,7 milyon manat proqnoz müəyyən edilmişdir ki, bu da 2022-ci il proqnozundan 18,8 milyon manat və ya 105,0%, gözlənilən icra göstəricisindən isə 19,1 milyon manat və ya 108,5% çoxdur.
Cari ildə bu xərc istiqaməti üzrə 17,9 milyon manat vəsait ayrılsa da, 9 aylıq icra göstəricilərinə əsasən vəsait istifadə edilməmişdir.
"Azərbaycan Respublikası Prezidentinin 28.02.2022-ci il tarixli 3163 saylı Sərəncamı ilə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir ki, həmin Sərəncamın 7-ci bəndi ilə Neft Fondu birinci maliyyə mənbəyi kimi müəyyən edilmişdir. Dövlət Proqramı ilə 15 prioritet ixtisas sahəsi (informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı) üzrə təhsil müəssisələrində bakalavriat və əsas etibarı ilə magistratura səviyyələrində Azərbaycan gənclərinin təhsili üçün imkan yaradılmışdır. Proqramın əhatə etdiyi dövrdə hər il üzrə 400 yer nəzərdə tutulmuşdur ki, həmin yerlərdən 320-si magistratura, 80-i isə bakalvr təhsili üçün ayrılmışdır. Sərəncamın 2.1.-ci bəndinə əsasən Proqramın əlaqələndirilməsini təmin edən Elm və Təhsil Nazirliyi tərəfindən 2023-cü ildə bu proqramın maliyyləşdirilməsi üçün ümumilikdə 21,6 milyon ABŞ dolları və yaxud 36,7 milyon manat vəsaitin ayrılması sifariş edilmişdir. Hər bir təbələ üzrə orta illik xərc 51 min manat proqnozlaşdırılmışdır",- Rəydə bildirilir.

Maraqlı     Tarix: 02 dekabr 2022

Oxşar xəbərlər

Xaricdə təhsil alanlar üçün mühüm tarix – DİM imtahan keçirəcək

Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixl

Cənubi Koreya süni intellektə 880 milyard dollar yatırır: bu investisiyalar ölkənin yüksək texnologiyalar lideri statusunu möhkəmləndirə biləcəkmi?

Cənubi Koreya süni intellekt və yarımkeçiricilərə böyük məbləğdə investisiya qoymağa hazırlaşır. "Üç meqalayihə" çərçivəsində 880 milyard dollarlıq sərmayə planı açıqlanıb. Ölkə artıq HBM də daxil olmaqla mühü

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur. "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransınd

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

Apple bu gün yeni iPhone-ları təqdim edəcək – İlk qatlanan iPhone da gözlənilir

Apple bu gün, 9 sentyabr 2026-cı il tarixində ilin ən çox gözlənilən təqdimatlarından birini keçirəcək. Şirkətin "Surprise and shine" şüarı ilə təşkil etdiyi xüsusi tədbir ABŞ-ın Kaliforniya ştatındakı Apple Park-d

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

Süni intellekt bumu: bu texnologiya ABŞ iqtisadiyyatını necə yenidən formalaşdırır?

Süni intellekt ABŞ iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Onun təsiri iri investisiya qərarlarından tutmuş iPhone kimi gündəlik istifadə olunan cihazların qiymətlərinə qədər demək olar ki, hə


iqtisadi xeberler kripto internetden pul qazanmaq en son xeberler biznes krediti