Dövlətin payı olan şirkətlərin büdcəyə dividend ödənişi proqnozu artırılır

Dövlətin payı olan şirkətlərin büdcəyə dividend ödənişi proqnozu artırılırSəhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərdən daxilolmalar üzrə əvvəlki illərə nisbətən artım nəzərdə tutulmuş, aparılmış təhlillər bu sahədə mövcud potensialın daha artıq olduğu qənaətinə gəlməyə əsas vermişdir.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir.
Qeyd edilib ki, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar 2024-cü ilin dövlət büdcəsi layihəsində 558,2 mln. manat nəzərdə tutulmuşdur ki, bu da 2023-cü ilin proqnoz göstəricisindən 237,0 mln. manat və ya 1,7 dəfə çoxdur. Artımın əsas səbəbi dövlət qeyri-maliyyə təşkilatları üzrə dividend ödənişlərinin 188,0 mln. manat artırılaraq 408,0 mln. manat və  "Azərbaycan Beynəlxalq Bankı" ASC üzrə 50,0 mln. manat artırılaraq 150,0 mln. manat nəzərdə tutulması ilə əlaqədar olmuşdur
2024-cü ilin dövlət büdcəsi layihəsində dövlət qeyri-maliyyə təşkilatları üzrə 408,0 mln. manat dividend ödənişi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə nəzərdə tutulmuşdur.
Qeyd edilib ki, 2023-cü ildə dövlət qeyri-maliyyə təşkilatlarından alınacaq dividendlərin 200,0 mln. manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, 15,0 mln. manatı "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" QSC, 5,0 mln. manatı "Azər Gold" QSC üzrə nəzərdə tutulmuşdur ki, bundan da cari ilin 8 ayı ərzində dövlət büdcəsinə vəsait ödənilməmişdir.
Təqdim olunmuş məlumatlara əsasən, bu mənbə üzrə 2023-cü ilin ötən 8 ayı ərzində 151,1 mln. manat məbləğində vəsait daxil olmuşdur ki, bunun da 150,9 mln. manatı "Azərbaycan Beynəlxalq Bankı" ASC, 0,2 mln. manatı "Aqrarkredit" QSC BOKT tərəfindən dövlət büdcəsinə ödənilmiş, "Azər Türk Bank" ASC tərəfindən dividend ödənişi həyata keçirilməmişdir.
Qeyd etmək lazımdır ki, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan (nizamnamə kapitalının 75%-i) "Azər Türk Bank" ASC-nin xalis mənfəətinin 2021-ci ildə 0,5 mln. manat, 2022-ci ildə 12.1 mln. manat təşkil etməsinə baxmayaraq, 2021-2022-ci illərdə və 2023-cü ilin 8 ayı ərzində dövlət büdcəsinə dividend ödənişi həyata keçirilməmişdir ki, nəticədə 2023-cü il 01 yanvar vəziyyətinə 14.7 mln. manat bölüşdürülməmiş mənfəət mövcud olmuşdur. Eyni zamanda aparılan təhlillər dövlət mülkiyyətində olan bəzi digər müəssisələr üzrə də xalis mənfəət əldə edilməsi fonunda dividend ödənişinin həyata keçirilmədiyini göstərir. 
"Ümumiyyətlə, bu mənbə üzrə mövcud potensialın daha effektiv istifadəsi və proqnozlaşdırılmış dividendlərin ödənməsində mümkün risklərin minimuma endirilməsi məqsədilə səhmlərində dövlətin payı olan müəssisələrin idarəetmə orqanları (Müşahidə Şuraları, İdarə Heyətləri və s.) ilə birgə müzakirələr əsasında müvafiq təhlillərin aparılmasını, həmçinin "Azər Türk Bank" ASC, "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" QSC və "Azər Gold" QSC tərəfindən dividend ödənişi nəzərdə tutulmasını məqsədəuyğun hesab edirik",- Rəydə bildirilir.
Dövlətin payı olan şirkətlərin büdcəyə dividend ödənişi proqnozu artırılır

Maliyyə     Tarix: 05 noyabr 2023

Oxşar xəbərlər

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət


iqtisadi xeberler biznes krediti investisiya bu gunun xeberleri pul qazanmaq