DSMF əməkhaqqı və ödənişlər üçün 55 milyon manatlıq bank xidməti alacaq
DSMF bank xidmətləri üçün 55 milyon manatlıq tender elan edib.
Banker.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) əməkhaqqı və digər ödənişlərin nağdsız həyata keçirilməsi üçün bank xidmətlərinin satın alınması ilə bağlı iki açıq tender elan edib.
Birinci tender DSMF tərəfindən icra olunan bütün növ ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınmasını nəzərdə tutur. Müsabiqənin ehtimal olunan qiyməti 30 milyon 182 min 257 manatdır.
İkinci tender isə DSMF-də əməkhaqlarının, eləcə də Fond tərəfindən icra olunan bütün növ ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınmasını əhatə edir. Bu müsabiqənin ehtimal olunan qiyməti 24 milyon 894 min 668 manatdır.
Beləliklə, iki tender üzrə ümumi ehtimal olunan qiymət 55 milyon 76 min 925 manat təşkil edir.

Vergi borcu olan şirkətin ortaqları ayrıldı – KAPİTAL 4 DƏFƏ AZALDI
Yapı Kredi Bank Azərbaycan yeni "Premium Mastercard World Elite" kartını təqdim edir
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
Qazaxıstan dollar depozitləri üzrə maksimal faizi qaldırır
Dünya Bankı: Azərbaycan Orta Dəhlizin 3,2 milyard dollarlıq layihələrində iştirak edir
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
Xaricə ixracı ən çox artan özəl şirkətlər – SİYAHI, MƏBLƏĞLƏR, MÜQAYİSƏ
Onlayn biznes ideyaları
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Cash Back nədir?
Swift nədir?
Kriptovalyuta nədir?