Dünya Bankı: "Azərbaycanda xarici valyuta satışı tələbin zəifləməsi fonunda azalıb

Dünya Bankı: Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta satışı tələbin zəifləməsi fonunda iyunda daha da azalaraq illik müqayisədə 11 % geriləyərək 278 milyon ABŞ dollara enib.
"Report" xəbər verir ki,bu barədə Dünya Bankının aylıq iqtisadi bülleteninin iyul sayında deyilir.
Sənədə əsasən, bu, Mərkəzi Banka iyunda 6,2 aylıq idxalı ödəyəcək qədər ehtiyat yaratmağa (may ayı ilə müqayisədə 2 % artım) imkan verib.
"İxrac artımı idxal artımını üstələdiyi üçün ticarət profisiti genişlənməyə davam edib. İxrac həm həcm, həm də qiymət baxımından əhəmiyyətli dərəcədə artan enerji ixracının təsiri ilə, mayda bir il əvvəllə müqayisədə iki dəfədən çox artıb. May ayında təbii qazın ixrac qiyməti 816,6 ABŞ dollara yüksələrək rekord həddə çatıb. Qeyri-enerji sektorunun ixracı illik müqayisədə 10 % artıb. Əvəzinə, mayda daxili tələbatın güclənməsinə parallel olaraq idxal 26,7 % artaraq, ilin ilk 5 ayında idxalın məcmu artımını 17 %-ə çatdırılıb.
Yanvar-may aylarında müsbət ticarət saldosu ÜDM-in 34,4 %-nə yüksəlib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur", - hesabatda qeyd edilib.
Dünya Bankı həmçinin vurğulayıb ki, may ayında pul köçürmələr il ərzində əsasən Rusiyadan daxilolmalar hesabına 3,6 dəfə artıb.
Dünya Bankının iqtisadçıları iyunun 29-da təsdiqlənən 2022-ci il dövlət büdcəsinə dəyişikliklərə də diqqət çəkiblər: "Əvvəlki proqnozlarla müqayisədə gəlirlərin nominal ifadədə 8,8 % artacağı proqnozlaşdırılır. Bu artım, hökumətin neftin baza qiymətini bir barel üçün 50 ABŞ dollardan 85 ABŞ dollara qaldırması ilə neft şirkətlərindən gözlənilən yüksək aktivlik və daha yüksək vergi daxilolmaları ilə bağlı proqnozlaşdırılan daha yüksək vergi gəlirlərini əks etdirir. Gəlirlərin artımı fonunda Dövlət Neft Fondundan transfertlərin 9,4 % azaldılması nəzərdə tutulur.
Eyni zamanda, büdcə xərcləri 8,1 % artıb. Xərclərin artımının yarıdan çoxu yenidənqurma işləri ilə əlaqədar dövlət investisiyalarına, qalan hissəsi isə müdafiə, sosial müdafiə və ərzaq təhlükəsizliyi tədbirlərinə yönəldiləcək. Dürüstləşmiş büdcənin kəsiri 2022-ci ildə ÜDM-in 2,7 %-i səviyyəsində proqnozlaşdırılır"

Maliyyə     Tarix: 21 iyul 2022

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi


iqtisadi xeberler kicik biznes valyuta kurslari biznes krediti bu gunun xeberleri