Xarici maliyyə mənbələri ilə bağlı bank əməliyyatları sərtləşdirilir
Qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrdən irəli gələrək bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılması məhdudlaşdırılır.
Bu, Milli Məclisin 21 iyunda keçiriləcək iclasının gündəliyinə daxil edilən "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edilib ki, bu dəyişiklik sadalanan xidmətlərdə şəffaflığın təmin edilməsi məqsədi daşıyır. Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edilməsi müvafiq qaydada inzibati məsuliyyətə səbəb olacaq. / banker.az

"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb
"Yelo Bank"da çalışanların sayı açıqlandı
"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub
"Bitcoin" yenidən 78 min dollara yaxınlaşıb - SON QİYMƏT
"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA
Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
İnvestisiyanın necə cəlb etmək olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?