Dünya Bankı Bakıda su təchizatı sisteminin yaxşılaşdırılması üçün Azərbaycana qrant ayırıb
Dünya Bankı Azərbaycana "İqlimə davamlı və səmərəli su təchizatı" layihəsinin hazırlanması üçün 1,5 milyon ABŞ dolları dəyərində qrant ayırıb.
Bankın yaydığı məlumata görə, Layihələrin Hazırlanması üzrə Trast Fondunun qrant sazişini 2026-cı il avqustun 31-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov və Dünya Bankının Cənubi Qafqaz üzrə bölməsinin direktoru Roland Prays imzalayıblar.
Belə ki, vəsait Bakıda su təchizatı sistemini yaxşılaşdırmaq məqsədi daşıyan irimiqyaslı layihənin hazırlanmasına dəstək göstərilməsinə yönəldilib. Maliyyələşmə xüsusilə texniki-iqtisadi əsaslandırmanın (TİƏ) aparılmasına, prioritet investisiyaların müəyyənləşdirilməsinə, su ehtiyatlarının idarə olunması üzrə rəqəmsal həllərin tətbiqinə, enerji səmərəliliyinin artırılmasına və su təchizatındakı fasilələrin aradan qaldırılmasına sərf olunacaq.
Qrant iki əsas istiqamət üzrə məsləhət xidmətləri xərclərinin 100 %-ni qarşılayır: hissə A (TİƏ və satınalmalara dəstək): texniki-iqtisadi əsaslandırmanın aparılması, rəqəmsallaşma və enerji baxımından səmərəli həllərə xüsusi diqqət yetirməklə Bakının su sistemi üçün investisiya planının işlənib hazırlanması, habelə gələcək podratçılar üçün tender sənədlərinin hazırlanması. Hissə B (Ekologiya və sosial standartlar): buraya Dünya Bankının 10 ekoloji və sosial standartına uyğun olaraq çərçivə sənədlərinin hazırlanması, eləcə də Ekoloji və Sosial Öhdəliklər Planının həyata keçirilməsi daxildir.
Bundan başqa, vəsaitin bir hissəsi layihənin ekoloji və sosial sənədlərinin Dünya Bankının standartlarına uyğun hazırlanması üçün istifadə ediləcək.
Qrant çərçivəsində tədbirlərin icrasını isə ADSEA həyata keçirir. Agentlik daxilində 8 müvafiq ekspertdən (ekologiya, sosial məsələlər, satınalmalar, texniki mühəndislik, maliyyə menecmenti, iqlim dəyişikliyi, kommunikasiyalar və monitorinq üzrə) ibarət ixtisaslaşmış işçi qrupu yaradılır. Qrant vəsaitlərinin istifadəsi dövrü 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulub.
© "Report"

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər
Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
IMEI kod nədir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Bitcoin nədir?
Biznes qurmaq üçün nə lazımdır?
SMM nə deməkdir?